HƏYA İSLAMIN LİBASIDIR
Mьəllif: admin1
Tarix: 17-07-2016, 10:38
HƏYA İSLAMIN LİBASIDIR
İmam Sadiqin (ə) gözəl nəsihətlərindən

Qurani-Kərimdə həya haqqında bir çox buyuruqlar vardır. Həzrət Musanın (ə) və Şüeybin qızlarının əhvalatlarında «istihya» kəlməsi ilə rastlaşırıq. «O iki qadından biri həya edə-edə Musanın yanına gəldi…». («Qəsəs» surəsi, ayə 25.)
Xüsusi ilə xanımlar haqqında bu mövzuda rəvayətlər çoxdur. Bəzi rəvayətlərdən belə aydın olur ki, «həya» və «iman» bir-biri üçün zərurətdir. Yəni imanını itirən insan həyasını da itirər. Hətta buyurulur ki, həyasız insan İslam bağını boynundan çıxarar. Belə rəvayətlər də var ki, Allah bir qövmü günahına görə cəzalandırmaq istəsə o qövmün həyasını əlindən alar. Təəssüf ki, bəziləri həya sözünü xəcalət çəkmək kimi başa düşürlər. Onlar iddia edirlər ki, xəcalət çəkən insan özünə inamı itirir və ictimai fəaliyyətdən dala qalır. Məhz buna görə də həya etmək lazım deyil! Bu yanlış təsəvvür İslami göstərişlərə tam ziddir. Həya böyük bir fəzilətdir və onu utancaqlıqla eyniləşdirmək olmaz.
Psixologiyada həya psixoloji bir durum kimi tanınır. Psixoloji xüsusiyyətlərə isə dəqiq tərif verib, o hissi keçirməmiş insana tanıtdırmaq olmur. Məsələn, heç zaman təəccüblənməmiş insana təəccübün nə olduğunu anlatmaq qeyri-mümkündür. Həya da bu qəbildəndir.
İmam Sadiq (ə) buyurur: «Allahın yalnız insanlar üçün müəyyənləşdirdiyi və heyvanların məhrum olduğu xüsusiyyət həyadır». Həya çox böyük dəyərləri əhatə edir. Adətən, həyadan məhrum insan heç bir əxlaqi dəyər tanımır. Onlar əhdinə əməl etmir, əmanəti sahibinə qaytarmır. Yalan danışır, bütün alçaq sifətlərə qucaq açır. İnsanı bir çox əxlaq qüsurlarından amanda saxlayan həyadır.
İnsanda həya iki yolla yarana bilər: eyibsiz olmaq istəyi və eyibləri örtmək arzusu. İnsanın çirkin işindən başqaları xəbər tutur. Yəni gizli eyib aşkarlanır. İnsan xəcalət çəkməyə başlayır və narahat olur. İmam Sadiq (ə) buyurur ki, həyanın faydası xəcalət gətirəcək işlərin qarşısının alınmasıdır. İnsan öz eyibinin açılmasını istəmir və daim bu eyibləri gizlətməyə çalışır. Bu xüsusiyyət insanı heyvandan fərqləndirən əsas xüsusiyyətdir. Quranda oxuyuruq ki, Adəm və Həvva qadağan olunmuş meyvədən yeyən kimi eyibləri açıldı. Maraqlıdır, eyibin açıqlamasının səbəbi yeyilən meyvənin xüsusiyyəti idi, yoxsa bu meyvəni yeyən öz eyibindən xəbər tuturdu? Hər halda, bu işdə meyvə təsirli olmuşdur.
Demək, eybini gizli saxlamaq insanın fitri istəyidir. İnsanı belə hallarda narahat edən məhz həya hissidir. Övliyaların həyası bütün bəşəriyyət üçün nümunədir.
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər. Yalnız eyibsizlik arzusunda olanlar xəcalət çəkir. Nəfsinə hörmət edən insan hər cür nöqsanlardan qaçmalı və nəfsini pak saxlamalıdır. İnsan kamil olmaq istədiyi üçün xəcalət çəkə bilər. Əgər kamillik, möminlik, insanlıq arzusu yoxdursa, həyadan danışmağa dəyməz.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031