YALAN DANIŞMAQ
![]() «Allah-təala bütün pis işlər üçün açar yaradıb. O açar da şərabdır». (Sonra buyurur:) «Yalan danışmaq, şərab içməkdən də pisdir». (Üsuli-kafi, 2-ci cild, 239-cu səh ) Ən pis insanlar Cabir ibn Əbdüllah Ənsari deyir: İslam Peyğəmbəri (s) öz səhabələrinə xitab edib buyurdu: «Sizə ən pis kişilərinizdən xəbər verim?» Biz dedik: Xəbər ver, ey Allahın Rəsulu! Həzrət (s) buyurdu: «Sizin kişilərinizin ən pisi bunlardır: 1. Qorxmadan və çəkinmədən başqasına töhmət vuranlar. 2. Özü tək yeyən və başqalarına qazandığından verməyən. 3. Öz qulunu vuran. 4. Öz həyat yoldaşını başqalarının sığınacağında qoyan. (Yəni öz ailəsinin dolanışığını təmin etmədiyi üçün onlar başqalarına möhtac olanlar). (Biharül-ənvar, 72-ci cild, 115-ci səh.) Allaha kafir olmağın səbəbləri. İmam Sadiq (ə) buyurur: Kafir olmağın bünövrələri üçdir: 1. Dünya həyatına həddən artıq vurğun olmaq. 2. Təkəbbürlü olmaq. 3. Başqalarına həsəd aparmaq. Sonra Həzrət buyurdu: Dünya həyatına vurğun olmaq, Adəm peyğəmbəri - qadağan olunmuş ağacın meyvəsini yediyi üçün behiştdən çıxardı. Təkəbbür, Şeytana Allahın əmrinə itaət edib Adəmə səcdə etmək icazəsini vermədi. Həsəd isə Adəm peyğəmbərin oğlanlarından birinin (Qabil) o birisini (Habili) öldürməsinə səbəb oldu. Oxşar xəbərlər
|