Ölümsüz qəhrəmanlar: Şəhid Murtəza Mutəhhəri
[center][/center
Həyatını daima maraqla çevirdiyimiz qəhrəmanların ölmsüzlük və mübarizələri bir çoxları kimi mənə də təsirsiz ötüşməyib. Hər birinin məqsədlı mübarizəsində şəhadətlə sonunclanan bir insanlıq nümunəsi olan həyat tərzi müəmmalarla əhatələnən istənilən insana düzgün həyat yaşamaq üçün bir nümunə olduğunu qeyd etsək elə bilirəm ki, yanılmarıq. Lakin bununla yanaşı həyatı mütalıə olunan qəhrəmanlar içində hər bir fərdə daha doğma, daha mehriban və məhrəm bir qəhrəmanın seçilməsi labüd və məntiqlidir. Həyatı oxunan bəzi elm adamları təsəvvüründə kimdə isə qəhrəman hissini yaşadıqca başqa birində sadə bir əsgərin tarix yazan həyat hekayəsi maraq və dolğunluqla varlığına hopmaqdadır. Birisi Milli Qəhrəman Mübariz İbrahimovu yaşayınca digəri Seyid Hadi Nəsrullah və ya İmam Musa Sədri öz vücuduna daha məhrəm bir şəxsi görə bilər. Bu qəhrəmanlar içində artıq dəfələrlədir ki, qələmi əlimə alıb həyatını yazmaq istədiyim, lakin tərəddüddə qalıb yaza bilmədiyim mənim də bir qəhrəmanım var. Bu gün cürət tapıb onu həyatını qələmə alıb “Ölümsüz qəhrəmanlar”ım sırasına onu da daxıl etmək istədim. Onun həyatını bir çoxlarınız müxtəlif kitab və ya məqalələrdən oxumamış deyilsiniz. Mən də sizə bu həyatda elə oxuduqlarınız qədərincə məlumatlar hazırlaya biləcəyimi güman edirəm. Əlavələrim olsa, bunu bir vurğunluğun araşdırması kimi qəbul edin. Beləcə bu dəfəki qəhrəmanımız Şəhid Ayətullah Murtəza Mütəhərridir. Xanım Mütəhərri (Murtəza Mütəhərrinin anası) öz xatirələrində yazır: “Bir gecə yuxuda olduğum zaman qəribə bir səhnəyə şahidlik etdim. Yuxuda ikən uyuduğumu müşahidə edirdim. Bu zaman qapı açıldı və dörd nurani xanım otağa daxil oldular. Onlar mənim başım üstə durum məni səslədilər. Oyandım! Qadınlar mənə bildirdilər ki, onlar mələklərdir və mənə qüsul vermək üçün gəliblər. Mən onlara etiraz etdim ki, mənim heç bir qüsul daşıyıcılığım yoxdur. Amma onlar təkid etdilər ki, mənim boynumda qüsulum var və mütləq mən onu aradan qaldırmalıyam. Onların təkidini görüncə razılaşdım. Beləcə bu dörd nurani qadın mənə qüsul verdilər. Qüsuldan sonra onlar məni təbrik edib gəldikləri kimi də otağı tərk edib getdilər. Səhər yuxudan oyanan andan bu yuxunun fəzası məni tərk etmədi. Bütün günü bu barədə düşünsəm də heç kəsə bir söz demədim. Ancaq tarixi qeyd etdim ki, bu tarixin nə ilə əlaqəli olmasını müəyyən edim. Bir neçə ay ötdü. Balaca Murtəza dünyaya gəldi. Nədənsə mən bu mələklərin gəlişində bir Mutrəza ilə bağlılığın olmasını düşünürdüm. Buna görə də tarixi araşdırdım. Və maraqlı bir şeyi müşahidə etdim. Məhz mələklərin mənə qüsul verdiyi tarix oğlum Murtəzanin bətnimdə ruhlandığı günə düşürdü. Qətiyyətlə əminəm ki, Murtəza bir çox fərqliliklərə malik olacaq. İlahi aləmdə onun dəyərləndirilməsi təsadüfi deyil və təsadüf deyilən məntiqin olmaması prinsipinə əmin olduğum üçün onun varlığından xüsusi gözləntim də vardır...” Bəli, beləcə 1920-ci ildə, Xorasan vilayətinin Fəriman kəndində nurlu, təqva və pak bir ailədə, bir zamanlar tarixin ölməz dühasına çevriləcək, ölməməzlik məqamına çatacaq, siyası bir dünya iman və elm daşıyıcısı olan Şəhid Murtəza Mütəhərri dünyaya göz açır. Atası Şeyx MəhəmmədHüseyn Mütəhərri onu İmam Əlinin (ə) şərəfinə Murtəza deyə çağırır. Din, elm və mənəviyyatla hörülən ailədə dini dəyərləri hələ körpə yaşlarından alan Murtəza ilkin təhsilini qəsəbə məktəbində alır. 12 yaşına çatdıqda isə onu təhsilinin davamı üçün atası Məşhəd şəhərinə gətirir və buradakı mədrəsələrdən birinə yerləşdirir. 1936-cı ildə, dörd illik təhsilini başa vuran Murtəza kamil təhsil əldə etmək üçün Qum şəhərinə gəlir. O burada 15 il İslam elmləri ilə məşğul olur, tədris imkanlarını genişləndirir. Qumun dəyərli elim adamları ilə təmasda olan Mütəhərri Ayətullah Təbatəbai Burcerdidən Molla Sədra fəlsəfəsinin, İmam Xomeynidən üsul və fiqh, Əllamə MəhəmmədHüseyn Təbatəbai Təbrizidən İbni Sina təbabəti, Ayətullah Mirzə Əli Şirazidən irfan, Seyid Məhəmməd Hüccət, Seyid Sədrəddin Sədr, Seyid MəhəmmədTəqi Xonsari kimi dahi şəxslərdən müxtəlif mühim dərslər alaraq Ayətullah rütbəsinə çatır. Təhsili ilə yanaşı tələbələr arasında fəallığı ilə də fərqlənən Mütəhərri tələbələr və müəllim heyyətləri ilə disskusiyalar aparır, şah rejminin İslam əleyhinə apardığı planlı işlərini pisləyərək onlara qarşı mübarizdə fərqlənirdi. 1952-ci ildə Mütəhərri təhsilinin bitirib Tehrana gəlir. Xüsusi elmi bilgiyə yiyələnən Ayətullah Mütəhərri Tehranda elmi işlərə xüsusi yer ayırır. İranin daxilində Qərbin şübhə toxumları əkdiyi fəlsəfi cərəyanlarını diqqətlə nəzərdən keçirən Mütəhərri ölkəsinin gəncləri arasında baş qaldıran çaşdırıcı məktəblərin təfəkkür sistemini yaxından öyrənir. Qərbin fəlsəfə banislərinin din daxilində azdirici fikirlərinə nəzər salan Mütəhərri onların yaratdığı şübhələrə təkcə din adına deyil məntiq və fəlsəfə baxışı ilə də cavab axtarır. Bu araşdırmaları ümumi kütlə qarşısında oxumaqla gəncləri azğınlıqdan qoruyan Mütəhərri çox qısa zaman daxilində İranda böyük uğur və məşurluq əldə edir. 1955-ci ildə o “Tələbə İslam Cəmiyyəti”ndə təfsir dərsləri qoyur. 1956-cı ildə isə Tehran unversitetinndə ilahiyyat fakültəsində müəllim kimi çalışmağa başlayır. Burada o yaranan şübhələri araşdıraraq Qərb ideologiyasının əslində çürük nəzəzriyyələrini üzə çıxararaq bunu aldadıcı və yayaındırıcı məktəbdən başqa bir şey olmadığını təkcə tələbələrə deyil, inancsız müəllimlərə də sadə nümunələrlə başa salır. 1959-cu ildə Ayətullah Mütəhərri “Müsəlman Təbiblər Cəmiyyəti”nə vaiz kimi dəvət olunur. Elmi fikirlərlə yanaşı inqilabi düşüncələri ilə də elmi cəmiyyət qarşısında çıxış edən Mütəhərri yeni elmi bir uğura da imza atmış olur. Əlbəttə, bu da qeyd olunmalıdır ki, Mütəhərrinin bu çıxışları İran şah rejminin kəskin qınaq və təzyiqi ilə də üzləşməyə bilməzdi. Lakin bütün təzyiqlər Ayətullah Mütəhərrinin istismar olunan xalqının acı taleyinə susqun yanaşmaq üçün əsas ola bilməzdi. Bu baxımdan o sərt çıxışları ilə dini camiə ilə yanaşı elmi sinfin də daxilində böyük nüfuz sahibinə çevrilir. Məhz bu münasibətlər 1962-ci il “15 Xordad” hərəkatının əsas təməl prinsipinə çevrilir. Əsas bazası Ayətullah Mütəhərrinin adutoriyasından təşkil tapan “15 xordat”çılar şah rejminin istismar siyasətinə yox deyərək küçələrə çıxır. Hərəkata öz çıxışları ilə təkan verə Mütəhərri İmam Xomeyni ilə sıx əlaqələri ilə hərəkatın növbəti mərhələsi üçün söhbətlər hazırlayır. Şahın qadağası ilə üzləşəcək növbəti addım çətın və təhlükəli olacağı aydın idi. Ayətullah Müthərri bütün enerjisini bu istiqamətə qoyaraq məntiqi ilə mübarizə meydanının dərinliklərinə baş vurur. Məhz bu çıxışlar insan qanına susamış istismarçı şah rejminin canına titrəyiş salır. Kütlənin ayağa qalxması təhlükəsini qarşılamaq üçün rejim Ayətullah Mütəhərrinin həbsi üçün fərman verir. 1963-cü ildə Ayətullah Mütəhərri həbs olunur. Lakin kütlənin təzyiq və etirazı Tehtranda yaratdığı ajartaj səbəbi ilə qısa zaman kəsiyində Mütəhərrinin azadlığa çıxması ilə nəticələnir. Şah bu işə zərbəsi kimi İmam Xomeynini bu hərəkatdan uzaqlaşdırmasını mövcud zaman üçün ən ideal vasitə hesab edir. O bunula etiraza qalxan xalqın qəzəbini yatıracağına ümid edir. Elə buna görə də İmam Xomeyni həbs olunur və qısa zamanda ölkədən əvvəlcə Türkiyəyə, daha sonra isə İraqın Nəcəf şəhərinə sürgün edilir. Əlbəttə İmamın sürgünü ümumi kütlədə çaşqınlıq yaratsa da bunu Mütəhərrinin ünvanına əsla demək olmazdı. Lakin indi məsuliyyət hissi bir az da artıq Ayətullah Mütəhərrinin üzərinə düşürdü. O indi İmam Xomeyni təfəkkürünü İran xalqının varlığına daha geniş yaxınlaşdırmaq üçün çalışmalı idi. Tehranda ümumi kütlə qarşısında çıxışlar edən Mütəhərri İmam Xomeyni hərəkatının əslində bir İslam çağırışı olmasını diqqətə çatdıraraq bunun müdafiə edilməsini hər bir fərd üçün İlahi vəzifə olasını onlara bildirir. Bu ideoloji mübarizə şah rejminin stunlarını sirklələyəcəyi şübhəsiz idi. Çıxışların intensiv hal alması üçün 1967-ci ildə Ayətullah Mütəhərri tərəfindən Tehranda “İrşad” hüseyniyyəsi yaradıldı. Demək olar ki, bu gün kitab halına salınan Ayətullah Mütəhərriyə aid kitabların bir çoxu bir zamanlar xütbə versiyasında Ayətullah Mütəhərri məhz bu hüseyniyyədə çıxış etmişdi. Beləcə çox qısa bir zamanda “İrşad” hüseyniyyəsi Tehranın strateji siyasi inqilabi bazasına çevrilir. Əksəriyyəti bir zamanlar “İrşad” hüseyniyyəsində lentə alınan və sonralar kitab halına salınan Ayətullah Mütəhərriyə məxsus ədəbiyyatın bir çoxu dilimizə də tərcümə olunmuşdur. Və bu gün də tərcüməsinə davam edilən ədəbiyyat hər bi şəxs üçün maraqa qarşılanmadan əlavə böyük bir məktəb, sonsuz bir məlumat mərkəzidir. Mütəhərri ədəbiyyatı üçün bir şəxsin dindar və ya qeyri-dindar olması önəmi deyil. Birbaşa insan pisixikasi ilə söhbət edən Mütəhərri insan fitrətinin məhrəm həmsöhbəti olma baxımdan hər təbəqəyə lazımlı və maraqlıdır. Bu onun geniş elmi düntyasından xəbər verən amillərdəndir. Heç təsadüfi deyildir ki, onun şəhadətindən sonra haqqqında söhbət edən müəllimi, böyük filosof Əllamə Məhəmədhüseyn Təbatəbai Təbrizi belə deyirdi: “Nə zaman dərs otağına daxil olub orada Mütəhərrini də tələbələr arasında görürdümsə qəribə bir ruhi rahatlığım olurdu. Əmin idim ki, nöqtəbə nöqtə nə danışıramsa hamısı Mütəhərrinin beyninə həkk olunur. O yeganə tələbəm idi ki, danişacağın hər sətrin lazım olan ünvana çatdığını yəqin edə bilirsən. Bütün tələbələr hadisənin fəlsəfi tərəfini düşününcə Ayətullah Mütəhərrinin baxışı fəlsəfi olduğu üçün nəticəsi də tez hasil olurdu. Heyif, heyif ki, o bizə lazım olduğu zaman biz onu itirdik...” Bu sətirləri göz yaşları ilə söyləyən Əllamə Təbatəbai Mütəhərri ilə elmi bəhslərdə tələbə müəllim deyil bir kolleqa olmalarından qürur duyduğunun da diqqətə çatdırırdı. Ayətullah Mütəhərriyə məxsus aşağıdakı kitabların adını qeyd etmək olar: “Materializmə yönəlmənin əsas səbəbləri”, “İnsan və tale”, “İlahi ədalət”, “İslam dünyagörüşünə bir müqəddəmə”, “Həzrət Peyğəmbərin (s) davranışına bir baxış” ,Həzrət Əlinin (ə) cazibəsi və dafiəsi” , “İmam Hüseynin (ə) qəhrəmanlığı” (3-cild), “İmam Məhdinin (ə.f.) qiyam və inqilabı”, “Əxlaq fəlsəfəsi”, “Hicab”, “Məsum İmamların (ə) həyatına bir baxış”, “Kamil insan”, “Qadın və kişi münasibətlərində əxlaq”, “Doğruların hekayəsi”, “Son yüz ildəki İslam qiyamları”, “Peyğəmbərliyin sonu”, “Hikmət və nəsihətlər”, “İslam və zamanın ehtiyacları” (2-cild), “Tövhid”, “İslam elmləri külliyatı”, “İslam təfəkkürünün dirçəldilməsi”, “Fəlsəfə prinsipləri və realizm metodları” (5 cild), “Marksizmə bir tənqid”, “İslamda təlim tərbiyə”, “Nəhcül bəlağəyə bir baxış”, “İnsan həyatında qeybi köməklər”, “Haqq və batil müharibəsi”, “Fitrət”, “Peyğəmbərlik”, “İmamət və rəhbərlik”, “Məad”, “Xatəmiyyət”, “Mənəvi azadlıq”, “İslamda qadın hüququ sistemi”, “Dörd yönlü dialoq”, “Cihad”, “Dərs oxumamış Peyğəmbər (s)”, “Quranla tanışlıq” (1-14), “Hafiz irfanı”, “20 nitq”, “10nitq”, “6 məqalə”, “Ustadın cavabları”, “Riba”, “Mərifət məsələsi”, “İslam iqtisadiyyat sisteminə bir baxış” “Hicab haqqında tənqidlərə cavab”, “Tarix fəlsəfəsi” (4 cilddə), “15 nitq”, “5 məqalə”, “Hacc”, “Əsfar dərsləri”, “Mənzumənin şərhi”, “Fəlsəfi məqalələr”, “Ustadın qeydləri” (1-12...), “Vilaha və vilayətha”. Ayətullah Mütəhərri ictimai həyatın nəbzini tutan iti təfəkkürə malik şəxsiyyət olması onun bütün təbəqələr tərəfindən sevilməsinə səbəb oldu. Hətta dindar olmayan şəxslərin belə Mütəhərri məntiqi ilə tanışlığı bu şəxsin araşdırmalarını yaxından izləmələri ilə nəticələnir. Bəzi zamanlar isə onun çıxışlarını dinləyən təbəqənin böyük əksəriyyətinin gənclərin, həm bə bu bünün qeyri-dindar gənclərinin təşkil etməsi şah rejmini daha çox qorxuya salır. Qüdsdə baş verən vəhşiliyi yaxından izləyən Mütəhərri bunu bir İslam dünyasına qarşı soyqırımın tərkib hissəsi qəbul etdiyini və cüzi qələbə əldə edərsə Sionizm və onun bu gün havadarı olan Qərbin başqa müsəlman diyarlarını da təsiri altına alacağını böyük təhlükə çağrışı kimi bütün ümmətə səsləndirir. Onun bu çıxışları Sionizm və Qərbin yaxın müttəfiq olan Şahı Mütəhərriyə qarşı növbəti addıma təhrik edir. Ayətullah Mütəhərri yenidən həbs olunur. Amma həbslər də bu mübariz şəxsiyyətin qarşısını ala bilmir. İlk fürsətdən kütləyə fikirlərini göndərən Mütəhərri nəhayət ki, yenidən xalqı coşduraraq ayağa qaldırır. Vəziyyəti belə görən şah rejmi Mütəhərriyə xalq kütləsi qarşısında çıxışlar etməyi qadağanı şərt edərək onu azad edir. Onun azadlıqda olmasını bu gün İran cəmiyyəti üçün əhəmiyyətli olduğunun bildirən bir çox dəyərli alimlərin də təkidi nəzərə alınaraq Ayətullah Mütəhərri bundan sonra kütlə qarşısında çıxışlarına son qoyur. 1976-cı ildə Ayətullah Mütəhərri İraqa siyasi sürgün edilən, mühacirətdə olan İmam Xomeyninin görüşünə yollanır. Bu səfər əslində artıq baş tutmaqda olan İslam inqilabi üçün son görüş rolunun oynayır. Təbii ki, hicrətdə olan İmam Xomeyni məramı ümumi kütlə tərəfindən qəbul olunmaq üçün cəmiyyətdə nüfuzla bərabər nitq, elm və şücaət də lazım olduğundan Mütəhərri bu nöqtədə seçilmiş ən mükəmməl namizəd idi. Qısa bir zamandan sonra İrana dönən Mütəhərri bütün diqqətini Ayətullah Xomeyninin görmək istədiyi İran İslam Respublikasının qurulması istiqamətinə yönəlir. Ayətullah Behişdi ilə six əmıkdaşlıq quran Mütəhərri qısa bir zaman daxilində İrana canlanma verir və fədakar iran gənclərini şah rejmini devirməyə qaldırır. Bununla da o Xomeyni ideyalarına İranda rəhbərlik edən əsas sima kimi meydana atılır. İraqda Xomeynini düşünən beynini İranda eyniliklə icraya keçirən Mütəhərri İranın daxılı qüvvəsini bir cəbhə olaraq toplamaqla etirazın dalğasını genişləndirə bilir. Və çox keçmir ki, İranda qüvvlərin birliyi kütləvi insan qətlinə baxmayaraq şahın xanədanını sirkələyə bilir. Öz xalqına qarşı amansız divan tutan şah xalqın haqq etirazını hər vasitə ilə yatırmağa çalışsa da baş tutmur. Hiddətlənmiş xalq öz müqəddəratının həllinə bütün varlığını qoyaraq şaha “Yox!” deyir. 1979-cu ildə İranın hər bir bucağı şah xanədanın devirə bilir və beləcə XX əsr dünyadasında ilk şiə dövləti qurulur. Ayətullah Mütəhərri bu dəyərli məsuluyyətin yükünü çiyinlərinə alacaq rəhbəri İmam Xomeyni ilə aeroportda görüşdükləri zaman İmama “Allahın salamı olsun sənə şanlı rəhbər. Biz Allah istəyəndən başqa bir şeyə nail ola bilməzdik” kəlməsini söyləyərək 14 illik sürgündə olan İmam Xomeynini sinəsinə sixir. Beləcə əsirlərdən sonra ilk Şiə əqidəsinə məxsus dövlətin əsasları qurulur. Az qala bütün dünyanın etirazı ilə üzləşən bir dövlət. Ayətullah Mütəhərri dövlətin qurulmasından sonra yaranacaq çətinliklərin heç də onu qurmaq qədəricəsindən az olmayacağını anlayır və elə buna görə idi ki, bütün güc və enerjisini qoyaraq dövlətin təməlini möhkəmlətməyə çalışır. Kütlə qarşısında çıxışlara qalxaraq bundan sonra azad İranın parlaq gələcəyini qurmaq üçün İran xalqına olan ehtiyacını dəfələrlə onlara bildirir. Beynində dolaşan çoxsaylı elmi fikirləri isə dövlətin təməl prinsiləri möhkəmlənəndən sonra həyata keçirəcəyini düşünərək yeni layihələr çəkir. Amma əfsus! Böyük dühanın elm dünyasında inqilabdan sonra nələr yaranacağı özü və Allahına bəlli ikən 1980 ci ildə, ilqilabdan heç bir illik zaman ötməmiş May ayının 2-də, saat 22:20 dəqiqədə İran daxili terror hərəkətləri ilə bir çox dəyərli şəxslərin həyatına son qoyan “Furqan” təşkilatının fəalları Ayətullah Mütəhərrinin alin nahiyəsinə açdıqları atəş nəticəsində onu Qum şəhərində şəhid etdilər. Mütəhərrinin şəhadət xəbəri bütün İrani yerindən oynatdı. Qəlb yanğısı ilə bütün Mütəhərri sevənlər Quma daşındı. Ağılların almadığı bu acı həqiqət hər kəsi qüssə və göz yaşlarına qərq etdi. Mütəhərri ilə vida məclisi quruldu və xalq kütlələri dəyərli şəxsiyyətlə son dəfə ayrılmaq üçün onun cənazəsini ziyarət etdi. Böyük İnqilab Rəhbəri İmam Xomeynini göz yaşları ilə etdiyi vida xütbəsi isə bütün İranını yaşadığı hüznün göstəricisi idi. Ayətullah Mütəhəri Qum şəhərində Xanım Məsumənin (s.ə.) hərəmində dəfn edildi. Ayətullah Mütəhərrini şəhid edən “Furqan” təşkilatının fəalları və cənub qanadınını üzvüləri Həmid Nikham, Əli Bəsirli və Əkbər Qudərzi idilər. Əli Bəsri Filippin insitutunun diplomunu iki gün öncə alib İrana gələn və bilgisizlik üzündən təşkilat lideri Qudərzinin təsiri altına düşən şəxs idi. Ayətullah Mütəhərriyə də məhz atəşin onun açdığını özü etiraf edir. Digər iki şəxsin Həmid Nikham və Əli Bəsirlinin isə bu işlə birbaşa və ya dolayısı ilə əlaqəsinin olması itintaqa məlum olmadı. Lakin istintaq dindirilmələri zamanı təşkilatın lideri Əkbər Qudərzi terroru o və adı qeyd olunan üç nəfərin iştirakı ilə həyata keçirdiyini etiraf etdi. Bundan sonra “Furqan” təşkilatının bütün üzvləri həbs edildi. 70-ə yaxın təşkilat üzvləri ölkətə törətdikləri bir çox qanlı cinayətlərin iştirakçısı olduqlarını etiraf etdilər. Xaricdən din libasına girmiş Furqan təşkilatının yaradıcısı Əkbər Qudərzı Abbas Duzan kəndində dünyaya göz açır. Gənc yaşlarında Əlyuqudərzdən Xansara, oradan isə Quma gəlir. Burada təhsil almağa başlayır və bir neçə elmi hövzədə təhsilini genişləndirir. İran daxili mübarizə hərəkatına qoşulma niyyəti ilə o “Furqan” adlı təşkilat yaratmaq qərarına gəlir. Təşkilatın kənar görkəmi dini dəyərlər kimi görünsə də əslində təşkilat İran daxilində baş qaldıran ruhani hərəkatının köklərini qazmaqla məşğul olur. Çox qısa zaman kəsiyində təşkilat ətrafina şevik gəncləri toplayaraq üzdə güya vahid İran ideyalarını aşılamağa başlayır. Əslində isə İranın köklü əsaslarını dağıtmağa çalışan bu qara əl İranda bir çox dəyərli insanların canını alır. MəhəmmədHüseyn Behişdi, MəhəmmədCavad Bahünər, Həqqi, İmam kaşani, Natiq Nuri, Musəvi Ərdəbili, Bəni Sədr, Xansarı və sair dahi şəxslər bu təşkilat vasitəsi ilə şəhid edilib. Hazırladı Əbülfəz Bunyadov. Oxşar xəbərlər
|