Şeytan (lən) bir çox işləri bəşər tarixində ilk dəfə olaraq etmişdi
Şeytan elə işlər görüb ki, ondan əvvəl heç kəs o işləri görməmişdir.
O cümlədən: - İlk kəs idi ki, özünü Həzrət Adəmlə (ə) müqayisə edir və üstün bilirdi. Deyirdi ki, mən atəşdənəm, Adəm (ə) isə torpaqdan. - İlk kəsdir ki, Allah dərgahında təkəbbür etmişdi və Xaliqin əmrindən boyun qaçırtmışdı. - İlk kəsdir ki, Allaha günah etmişdi və Onunla aşkarda müxalifətlik etmişdir. - İlk kəsdir ki, yalan danışmışdır və demişdi ki, Allah ona görə bu ağacdan yeməyinizi istəmir ki, bu ağac cavidanlıq ağacıdır. Əgər kimsə ondan yesə, əbədi olaraq sağ qalar, Allaha şərik olar. - İlk kəsdir ki, yalandan and içmişdi və demişdi ki, mən sizə nəsihət verirəm. - İlk kəsdir ki, qıldığı namazın bir rükəti dörd min il çəkirdi. - İlk kəsdir ki, Adəm (ə) qadağan olunmuş ağacdan yeyən zaman, ğina oxumuşdu. - İlk kəsdir ki, növhə oxuyub ağlamışdı. - İlk kəsdir ki, mancanaq düzəltməsini əmr etmişdi ki, Həzrət İbrahimi (ə) onunla atəşə atsınlar. - İlk kəsdir ki, şüşə düzəltməsini əmr edir ki, Həzrət Süleyman (ə) onu xəndəyin üzərinə qoysun və Bilqeysi imtahana çəksin. - İlk kəsdir ki, ibadət və bəndəliyi mələkləri təəccübləndirirdi. - İlk kəsdir ki, Allaha etiraz edirdi. - İlk kəsdir ki, başqalarına bənzəməyi söyləyib, insanları bu işə həvəsləndirmişdi. - İlk kəsdir ki, sehr və cadu etmişdi və hər ikisini insanlara öyrətmişdi. - İlk kəsdir ki, rəssamlıq edib, üz şəkli çəkmişdi. - İlk kəsdir ki, Allah ona lənət etmişdir. - İlk kəsdir ki, Allaha küfr etmişdi. - İlk kəsdir ki, yalandan ağlamışdı. - İlk kəsdir ki, öz ibadətini və xilqətini mədh etmişdir. - İlk kəsdir ki, bütləri düzəltmişdir. /Deyerler.org/ Oxşar xəbərlər
|