Quranda şəcəreyi-təyyibə və şəcəreyi-məlunə dedikdə, nə nəzərdə tutulur?
Mьəllif: admin1
Tarix: 24-05-2021, 10:36
Quranda şəcəreyi-təyyibə və şəcəreyi-məlunə dedikdə, nə nəzərdə tutulur?
Qurani-Kərim, müqəddəs səma kitabı olaraq, bir-birinə zidd olan iki sifətləri bəyan edir. O cümlədən: haqla batili, kürflə imanı, təyyiblə xəbisi.

Allah Təala Quranda buyurur: “Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tövhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tövhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır)”. (“İbrahim” 24).

Bu ayədə şəcəreyi-təyyibə dedikdə, tövhid və əqaid ağacı nəzərdə tutulur. Möminlər – onun kamil nümunələridirlər. İman, onların qəlblərinin dərinliyində və canlarında kök salmışdır və insanlar onların varlıqlarının bərəkətindən həmişə bəhrələnirlər.

Məsumlarımız (ə) şəcəreyi-təyyibənin bariz nümunələridirlər. İmam Sadiq (ə) bu haqda buyurur: “Peyğəmbər (s) – bu ağacın köküdür. Əmirəl-möminin (ə) – onun budağı və onun nəslindən olan İmamlar (ə) kiçik budaqları, İmamların (ə) elmi – bu ağacın meyvəsi, onların imanlı davamçıları – bu ağacın yarpaqlarıdır”.

Bəzi təfsirçilər şəcəseyi-təyyibəni “Lə iləhə illəllah” kəlməsi kimi təfsir edirlər.

Şəcəreyi-xəbisə dedikdə isə Allaha şirk nəzərdə tutulur. Xəbis və şər insanlar ağac kimidirlər ki, bütün varlıqları xəbis və napakdır.

İnsanlar üçün dərd-sər düzəltməkdən savayı, başqa işləri yoxdur. Ona görə də Əhli-Beyt (ə) təfsirlərində xəbis və məlun şəcərə kimi Bəni-Üməyyə göstərilmişdir.

Beləliklə deyə bilərik ki, şəcəreyi-təyyibə - Həzrət Peyğəmbər (s) və pak Əhli-Beytinin (ə) ağacıdır. Şəcəreyi-məlunə isə xəbis və məlun insanların ağacıdır ki, Bəni- Üməyyə onlardan biridir.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031