“Sad” surəsi kimin haqqında nazil olmuşdur?
Mьəllif: admin1
Tarix: 27-10-2022, 23:22
“Sad” surəsi kimin haqqında nazil olmuşdur?
İmam Baqir (ə) buyurur: “Əbu Cəhl və Qureyşdən olan bir dəstə camaat Peyğəmbərin (s) əmisi Əbu Talibin yanına gəlirlər və deyirlər:

“Qardaşınız oğlu bizə əziyyət verir və bizim tanrılarımızı narahat edir. Onu çağır və ona əmr et ki, bizim tanrılarımızdan əl çəksin”. Əbu Talib bir nəfəri Peyğəmbərin (s) dalınca göndərir.

O zaman ki, Peyğəmbər (s) evə daxil olur və ətrafa baxır, Əbu Talibin yanında müşriklərdən başqasını görmür. Buyurur: “Salam o kəslərə ki, hidayət ardıncadırlar”.

Sonra da əyləşir. Əbu Talib onların sözlərini Həzrətə (s) deyir. Peyğəmbər (s) cavabında buyurur: “Onlar bir cümlə ilə mənimlə razılaşmağa hazırdırlarmı ki, onun sayəsində bütün ərəbləri qabaqlasınlar və hökumət etsinlər”.

Əbu Cəhl vəcdə gəlib deyir: “Bəli, razıyıq. Məqsədin hansı cümlədir?”.

Həzrət Peyğəmbər (s) buyurur: “Deyin ki, Allahdan başqa məbud yoxdur”.

Onlar bu cümləni eşidən zaman o qədər dəhşətə gəldilər ki, əllərini qulaqlarına qoyub evdən xaric oldular. Dedilər: “Belə bir şeyi indiyə qədər eşitməmişdik, bu, bir yalandır”.

Elə bu zaman “Sad” surəsi nazil olur”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031