Günah edir, amma cənnət arzusundadır
Mьəllif: admin1
Tarix: 26-02-2022, 21:26
Günah edir, amma cənnət arzusundadır
Peyğəmbər (s) bir yerdən keçirdi. Gördü ki, bir dəstə insan bir yerə toplaşıb.

Soruşdu: Nə olub?

Dedilər: Burada bir nəfər dəli olub, onu cin vurub.

Buyurdu: Bu dəli deyil, xəstədir. İstəyirsinizmi ki, sizə həqiqi dəlinin kim olduğunu bildirim?

Dedilər: Bəli, ey Allahın rəsulu! Həzrət (s) buyurdu: Həqiqi dəli o kəsdir ki:

1. Təkəbbürlə yol gedir.

2. Hamıya yuxarıdan baxır.

3. O tərəf-bu tərəfə yekəxanalıqla dönür.

4. Günah edir, amma cənnət arzusundadır.

5. Camaat onun şərindən amanda deyillər.

6. Ondan xeyir gözləmirlər.

Belə adam həqiqi mənada dəlidir.


Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031