Kölgənin səcdəsi necə olur?
“Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi)səhərlər və axşamlar (Allah qarşısında səcdə edirlər)”. (“Rəd” 15).
Quranda oxuyuruq ki, kölgələr hər səhər və hər axşam Allaha səcdə edərlər. Bəs kölgənin səcdəsi necə olur? Bu ayəni sadə dillə izah etmək istəsək, gərək deyək ki, bu dünyada hər bir şey ki, məxluq adını alır – Allaha səcdə edir və Onu mədh edir. İnsandan tutmuş cinlərə, heyvanlara, bitkilərə qədər hər bir məxluq Allahı öz dili ilə mədh edər. Necə ki, Quran buyurur: “Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və(cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək, Onu pak sifətlərlə mədh etməsin”. (“İsra” 44). “Göy gurultusu (yaradılış dili ilə) Ona həmd etməklə birgə, Onu paklıqla öyür (ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər Onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar) və həmçinin mələklər əzəmətinin qorxusundan (Onu paklıqla öyürlər)”. (“Rəd” 13). “Bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın(yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür”. (“Bəqərə” 74). Əllamə Təbatəbai kölgənin səcdəsi ilə bağlı buyurur: “Baxmayaraq ki, kölgə var olmayan bir şeydir və cismin nur qarşısında hayil olmasından meyana gələr, sirri budur ki, kölgə belə var olmayan bir şey olduğuna baxmayaraq, ancaq zahirdə görünən bir şeydir. Misal üçün, azalır və çoxalır. Bizim hiss orqanlarımız onu hiss edir. Ona görə də demək olar ki, var olmamasına baxmayaraq xarici təsirə malikdir. Öz xarici təsiri qədər də Allah Təalaya səcdə edər və müti olar”. Bəs kölgələr necə səcdə edirlər? Bəzi məxluqların Allaha səcdəsi təşrii deyildir, təkvinidir. Çünki kölgənin iradə və ixtiyarı yoxdur. İlahi nurun şüa saçmaq qanunlarına tabedir. Ona görə də onların səcdəsi təkvinidir. Yəni, İlahi qanunlar qarşısında təslimdir. /Deyerler.org/ Oxşar xəbərlər
|