Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur
Mьəllif: admin1
Tarix: 22-07-2016, 22:41
Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur
Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur: “Allaha və qiyamət gününə iman gətirən şəxs öz qonağına hörmət etməlidir.”[1]

“Qonaq öz ruzisini gətirər və ev əhlinin günahlarını aparar.“[2]

“Yemək verən şəxsin ruzisi və yeməyi, onunçün bıçağın dəvənin hörgücünə batmasından daha sürətlə gəlib çatar”[3]

“Qonaq gəlməyən evə mələklər daxil olmaz.“[4]



İmam Əli (ə) buyurub: “Allah kimə sərvət versə, onunla öz qohumlarına kömək əlini uzatmalı və qonaqpərvərlik etməlidir“[5]

«Biharul-ənvar»: Bir gün İmam Əlini (ə) qəmli halda gördülər. Səbəbini soruşanda Həzrət(ə) buyrdu: “Yeddi gündür ki, evimizə bir qonaq gəlməyib.”[6]



Qonaqlığa layiq olanlar

Həzrət Məhəmməd (s) buyurub: “Allaha xatir sevdiyin şəxsi öz yeməyinə qonaq et.”[7]

“Öz süfrəsinə varlıları qonaq edən və yoxsulları çağırmayan şəxsin dəvətini qəbul etmək məkruhdur.”[8]



Möminin dəvətini qəbul etməyə həvəsləndirmək

Həzrət Məhəmməd (s) buyurub: “Öz ümmətimdən burada olanlara və olmayanlarına tövsiyə edirəm ki, müsəlmanın dəvətini beş mil məsafədən olsa da, qəbul etsinlər. Çünki bu iş dinin bir hissəsidir.”[9]

“Kişinin, bir qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməməsi və yaxud qəbul edib, amma yemək yeməməsi ədəb­siz­likdir.”[10]

Həzrət Peyğəmbərimiz (s) Əbuzərə nəsihətində buyurur: “Fasiq (günahkar) insanların yeməyindən yemə.”[11]



www.ahliman.info

[1] Camiul-Əxbar, səh. 377, hədis1053

[2] Biharul-Əvnar, c.75, səh. 461, hədis14

[3] əl-Məhasin, c.2, səh.147 , hədis1388

[4] Camiul-Əxbar, səh. 378 , hədis1058

[5] Nəhcül-Bəlağə, xütbə 142

[6] Biharul-Əvnar, c.41, səh. 28 , hədis1

[7] Kənzul-Ummal, səh. 25881

[8] əl-Dəvat, səh.141 , hədis358

[9] Məhasin, c.4, səh.180 , hədis151

[10] Qurbul-İsnad, cəh.160, hədis583

[11] Biharul-Ənvar, c.77, səh. 84 , hədis3
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930