Öz nəfsini fəzilətlərə məcbur et ki, ibadətdən ləzzət alasan
Mьəllif: admin1
Tarix: 23-07-2016, 23:42
Öz nəfsini fəzilətlərə məcbur et ki, ibadətdən ləzzət alasan

“İnsanlardan eləsi var ki, Allaha birtərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, cansağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə(mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək, qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!”. (“Həcc” 11).
Bəli, elə insanlar vardır ki, Allaha sözdə ibadət edirlər. Yəni, ibadətləri zahirdədir, batində deyildir. Ona görə də bu insanlar İlahi imtahana çəkilən zaman dinlərindən üz döndərir və küfr edirlər. Belə insanlar şübhəsiz ki, ziyana uğrayanlardırlar.
Bu insanlar xeyir əhlidirlər və xeyirlərinə çatmaq üçün mübarizə apararlar. Bu cihad daima onları əhatə edər. Bu nəfsimizin pisliklərindən, şərindən qaynaqlanan bir məsələdir. Ona görə də hər kim şərə düçar olmaq istəmirsə, gərək özü ilə mübarizə aparsın.
Bu mübarizə o qədər mühümdür ki, ola bilsin insan ilk başda fəzilətlərə qarşı kərahətli olsun. Ancaq bu hal ilə belə davam etməlidir. Bəziləri gəlib soruşurlar ki, mən niyə ibadətimdən ləzzət almıram? Niyə bəzi ibadətlərimi məcburiyyət üzündən yerinə yetirirəm?
Əmirəl-möminin (ə) bununla bağlı buyurur: “Nəfsini xoşu gəlməyən fəzilətləri qəbul etməyə vadar et”. İmam Əli (ə) davam edərək buyurur: “Çünki varlığına rəzilliklər və şərlər qəliblənmişdir. Özünü yaxşı işlərə vadar etməsən, yüz faiz pisliklər sənə qələbə çalacaqdır. Əgər fəzilətlərdən xoşun gəlmirsə və ya çox ləzzət almırsansa, varlığını onları yerinə yetirməyə mütləq vadar et ki, şərlər aradan getsin”.
Həzrət Peyğəmbər (s) buyurur: “Özünü xeyir işə vəzifələndir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930