Qəbirdə yoldaşının kimin olmasını istəyərdin?
Mьəllif: admin1
Tarix: 26-11-2022, 11:20
Qəbirdə yoldaşının kimin olmasını istəyərdin?
Hədislərdə oxuyuruq ki, insanın qəbirdə yoldaşı olar. İndi istərdinmi ki, yoldaşın gözəl simalı bir insan olsun, yoxsa qorxulu simaya malik yırtıcı bir heyvan?

Qeys ibni Asim nəql edir: "Mən Bəni-Təmim camaatı ilə bir yerdə Peyğəmbərin (s) xidmətinə gəlmişdim. Mən dedim: "Ya Peyğəmbər! Bizə elə moizə de ki, ondan fayadalanaq. Çünki biz səhrada yaşayan qəbiləyik və sizin xidmətinizə az gəlirik”.

Həzrət (s) buyurdu: "Ey Qeys! Həqiqətən, hər bir izzətin zilləti vardır. Hər bir həyatın ölümü vardır. Dünyanın axirəti vardır. Hər şeyin hesabı vardır. Hər bir şey üçün qoruyucu qərar verilmişdir. Hər bir yaxşı işin savabı və hər bir pis işin cəzası və hər bir əcəl üçün kitab və təqdir müəyyən edilmişdir.

Ey Qeys! Şübhəsiz ki, səninlə elə bir yoldaş dəfn ediləcəkdir ki, o sağdır. Sən də onunla ölü olaraq dəfn olacaqsan. Əgər həmin yoldaş kərim olarsa, səni hadisələrdən qoruyacaqdır. Əgər alçaq olarsa, səni tufan bəlasına tapşıracaqdır. Qiyamət günü də onunla məhşur olarsan. Səndən hesab soruşurlmaz, məgər onunla.

Ona görə də onu saleh qərar ver, çünki əgər salah olarsa, onunla yaxın olarsan, əgər eybli olarsa, heç bir şeydən qorxmazsan, məgər ondan. O, sənin əməlin və rəftarındır”.

Həzrətin (s) buyurduğuna görə, insanın əməli bir insan kimi zühur edəcəkdir. Əgər insan saleh əməl sahibidirsə və dünyada rəftarı gözəl olubdursa, həmin yoldaşı gözəl simalı cavan olar.

İnsan onunla yoldaş olmaqdan xoşhal olar. Qəbirdən və Qiyamət günündən qorxmaz. Ancaq əgər əməli çirkin olarsa və Allaha itaətsizlik edərsə, onda bu əməl çirkin bir heyvan simasına düşüb, Qiyamətə qədər ona əziyyət verər. İnsan bu cür yoldaşla bir yerdə olmaqdan çox qorxar və dəhşətə gələr.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, Allah mömin bəndəsini qəbirdən çıxardar, onunla gözəl simalı cavan da çıxar ki, qarşısında olar. Mömin harada Qiyamətin qorxularını görsə, həmin cavan deyər: "Qorxma, qəm yemə. Sənə Allah Təala tərəfindən şadlıq və ehtirama görə müjdə verirəm”.

O zamana qədər ki, həmin mömin Allah Təala dərgahında asanlıqla hesab verər və behiştə getmək icazəsini alar. Bu zaman mömin bəndə həmin cavana deyər: "Allahın rəhməti sənə olsun! Necə də yaxşı yoldaşsan ki, mənimlə qəbirdən çıxdın və davamlı olaraq mənə Allah Təala tərəfindən olan şadlıq müjdəsini verdin. De görüm, sən kimsən?”.

Həmin cavan deyər: "Mən – sənin dünyada möminin ürəyini şad etdiyinəm. Sən dünyada möminin ürəyini şad etmişdin, Allah Təala da məni ondan yaratdı ki, sənin yoldaşın olam. Sənə müjdə verim””.

Ona görə də hər birimiz qəbir evində bir yoldaşla bir yerdə olacağıq. Ölən insan gözəl yoldaşına sual verər ki, sən kimsən. O, da cavab verər ki, mən sənin əməlinəm. Mən dünyadan bura gəlmişəm və buradan Qiyamət gününə qədər də səninlə olacağam. O zaman ki, qəbirdən çıxacaqsan, mən də səninlə çıxacağam.

Ariflər ona əməlin təcəssümü deyirlər. Yəni insanın əməli müəyyən bir qəlibdə təcəssüm edər. Bu da bizim əməlimizdən asılıdır. Əgər əməlimiz yaxşıdırsa, yaxşı təcəssüm edər, əks halda isə pis.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930