“Bəqərə” surəsinin 207-ci ayəsi hansı hadisə ilə əlaqədar və kimin barəsində nazil olmuşdur?
Mьəllif: admin1
Tarix: 26-07-2016, 08:18
“Bəqərə” surəsinin 207-ci ayəsi hansı hadisə ilə əlaqədar və kimin barəsində nazil olmuşdur?
“Bəqərə” surəsinin 207-ci ayəsində Allah-Təala (c.c) buyurur: “İnsanlardan bəziləri (Əli (əleyhissalam) kimi imanlı və fədakar, “Leylətul-məbit”də Peyğəmbərin (s) yatağında yataraq) Allahın razılığını qazanmaq yolunda öz canlarını satır. Allah Öz bəndələrinə qarşı mehribandır.”

Hicrətin yeddinci əsrində yaşamış sünnü alimlərindən olan ibni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhində belə qeyd edir: “Bütün təfsirçilər demişlər ki, bu ayə Həzrət Əli ibni Əbi Talibin (əleyhissalam) barəsində, “Leylətul-məbit” gecəsində Həzrət Rəsuli-Əkrəmin (s) yerində yatması ilə əlaqədar olaraq nazil olmuşdur. Bu məsələ təvatür həddindədir, kafir və divanələrdən başqa heç kim onu inkar etməz.”



www.ahliman.info
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930