Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur
Qonağın xatirinə özünü zəhmətə salmaq
Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurub: “Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər.”[1] Həzrət (s) yenə buyurb: “Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır.“[2] İmam Sadiq (ə) buyurub: “Qardaşın sənin evinə çağrılmamış gəlsə, evdə olan yeməyi onun üçün gətir. Elə ki, onu dəvət etdin, onun qulluğunda zəhmət çək.”[3] İmam Rza (ə) buyurb: “Bir kişi Əmirəl-möminini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: “Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz verəsən.” Ərz etdi: “Nəyi söz verim, ey Əmirəl-möminin (ə) ?” Buyurdu: “Bayırdan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsirgəməyəsən, arvad-uşağına əziyyət verməyəsən.” Ərz etdi: “Bu şərti qəbul edirəm, ey Əmirəl-möminin (ə).” Bununla da, Əli (ə) onun dəvətini qəbul etdi”[4] Qonaq qəbul etməyin qaydası Həzrət Məhəmmədin (s) qonaq qəbul etməyin qaydası haqqında buyurduqlarına nəzər salaq: “Kim Allahın və Onun Rəsulunun (s) məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə birgə yemək yesin.”[5] “Sizlərdən biriniz qonaq dəvət olunanda övladını özü ilə aparmasın. Əgər belə etməsə, haram iş görmüşdür və itaətsizliklə dəvət edənin evinə daxil olmuşdur.“[6] “Qonağı iki gecə qəbul edərlər. Üçüncü gecədən ailə üzvündən sayılar və evə hər nə ruzi gəlsə, ondan yeyər.”[7] “Qonaq qəbul etmək bir gün, iki gün, üç gündür. Ondan sonra ona hər nə versən sədəqə sayılar.”[8] “Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur.”[9] İmam Baqir (ə) buyurub: “Sizlərdən biriniz qardaşının evinə daxil olan zaman ev sahibinin göstərdiyi yerdə otursun. Çünki ev sahibi öz otağının vəziyyətini qonaqdan yaxşı bilir.”[10] İbn Əbi Yəfur nəql edir: “İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: “Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir.“”[11] www.ahliman.info [1] əl-Məhasin, c.2, səh.186 , hədis1533 [2] Kənzul-Ummal, səh. 25876 [3] əl-Məhasin, c.2, səh.179 , hədis1506 [4] Uyunu Əxbari Rza, c.2, səh. 42 , hədis138 [5] Tənbihul-Xəvatir, c.2, səh.116 [6] əl-Məhasin, c.2, səh. 181 , hədis1515 [7] əl-Kafi, c.6, səh. 283 , hədis1 [8] əl-Kafi, c.6, səh. 283 , hədis2 [9] əl-Kafi, c.5, səh. 368 , hədis4 [10] Biharul-Ənvar, c.75, səh. 451 , hədis2 [11] əl-Kafi, 6 c, səh. 283 , hədis1 Oxşar xəbərlər
|