Allahın bəndələrdən almaq istədiyi hədiyyə
Mьəllif: admin1
Tarix: 27-07-2016, 09:38
Allahın bəndələrdən almaq istədiyi hədiyyə
İxtiyarımızda olan nemətləri Allah bizə hədiyyə olaraq veribdir. Əlimizdəkilərin bəzisi olmasa da yaşaya bilərik. Yəni onların olub, olmaması həyati məsələ deyil. Amma Allah onları bizə hədiyə kimi verib.

Allah həyati nemətlərin əvəzində insandan vacibatı yəni namazı, orucu və sair fərz edilmiş ibadətləri vəzifə olaraq istəyir.

Əslində hədiyyə daha çox vəzifə borcu kimi verilmir. Onu verən könüllü şəkildə verir. Bu o deməkdir ki bizim qıldlğımız namaz və oruclar bir vəzifə borcudur və buna Allaha verilən hədiyyə deməzlər.

Baxmayaraq ki Allahın insanın verəcəyi hədiyyəyə ehtiyacı yoxdur, amma pərvərdigar bəndələri tərəfindən atılan bəzi könüllü və səmimi addımlara görə mələklər qarşısında, baxın mənim bəndəmə, deyərək mübahat edər.

Bəs Allahın insandan almaq istədiyi hədiyyə nədən ibarətdir?

İmam Sadiq buyurur:

“Allah Təala İsa ibni Məryəmə vəhy etdi: Ey İsa hərzə insanlar hey gülərkən sən öz gözlərinin yaşını və qəlbinin xofunu mənə hədiyyə et! Ey İsa sən qəmginliklə gözlərinə sürmə çək! Qəbir üstünə get və uca səslə onları çağır! Bəlkə onda bir ibrət ala bildin. O zaman de ki, mən sizin arxanızca gəlib sizə qovuşacağam”


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930