Cazibə qüvvəsi, Günəş sistemi, kainatın genişlənməsi – Quranda sübut edilmiş elmi möcüzələr
Mьəllif: admin1
Tarix: 10-09-2017, 12:15
Cazibə qüvvəsi, Günəş sistemi, kainatın genişlənməsi – Quranda sübut edilmiş elmi möcüzələr
Qurani-Kərim başdan-başa möcüzə ilə dolu olan səma kitabıdır. Quranda sübut edilmiş bir çox elmi möcüzələr vardır ki, onlardan bəzilərinə işarə edək:
1. Yerin cazibə qüvvəsi. Qurani-Kərim Nyutondan təxminən 1000 il əvvəl cazibə qüvvəsindən xəbər vermişdir. “Məgər Yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?”. (“Mursəlat” 25).
2. Yerin Günəşin ətrafında fırlanması. Qurani-Kərim Qalileydən təqribən 1000 il əvvəl Yerin Günəş ətrafında fırlanmasını söyləmişdir. “(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu,) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir”. (“Nəml” 88).
3. Kainatın genişlənməsi. “Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik”. (“Zariyat” 47).
4. Görünməz sütunlar. “Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və Günəşi və Ayı (Özünə) ram edəndir”. (“Rəd” 2). “(Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı”. (“Loğman” 10). İmam Rzaya (ə) sual verirlər ki, məgər səmanın sütunları vardırmı? İmam (ə) buyurur: “Bəli, onun sütunları vardır ki, siz görmürsünüz”.
5. Ulduzların hərəkəti. “Gecə, gündüz, Günəş və Ayı (da) yaradan Odur. (Onların) hər biri bir çevrədə üzür. (Gecə ilə gündüzün çevrəsi Yerin səthi, Günəşin çevrəsi kəhkəşanların dərinlikləri və Ayın çevrəsi Yerin dövrəsidir)”. (“Ənbiya” 33).
6. Günəşin hərəkəti. “Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir”. (“Yasin” 38).
7. Fəzanı fəth etmək. “(Qiyamət günü belə xitab olunacaq ki:) «Ey insan və cin tayfaları! Əgər (əməllərinizin cəzasından qaçmaq üçün) göylərin və Yerin (əhatə) dairəsindən (başqa bir yerə) keçə bilsəniz, keçin. (Lakin qeyri-adi) bir qüdrət olmadan keçə bilməyəcəksiniz (ona da ki, malik deyilsiniz)!». (“Rəhman” 33).
8. Başqa planetlərdə canlıların olması. “Göylərin, Yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir”. (“Şura” 29).
9. Səma və Yerin bir-birinə birləşik olması. “Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və Yer (göydəki planetlər və Yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq bir-birindən ayırdıq (və sonsuz planetlər yaratdıq)? [Yaxud: Göydəki planetlərin hər biri və yer bağlı və donmuş vəziyyətdə idilər və onları çaylar, mədənlər, ağaclar və bitkilər vasitəsi ilə yardıq və istifadəyə yararlı etdik]. Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!”. (“Ənbiya” 30).
10. Yer kürəsindən yuxarıda oksigenin olmaması. “Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır”. (“Ənam” 125).
Allah Təala bizləri əməlisalehlərdən və Quran əhlindən qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930