Ayətullah Xamenei İmam Xomeyni (r) haqqında
Sevmək başa pul ələmək deyil! İmam (r) özü üçün heç nə istəmirdi. Gözündə ən əziz insan yeganə oğlu Hacı Əhməd idi. Dəfələrlə İmamdan eşitmişdik ki, deyirdi mənə ən əziz adam odur. Amma 10 il rəhbərliyi dövründə ona bir ev almadı. Biz şahidik ki, İmamın ən əzizi onun hüseyniyyəsinin arxasında yerləşən bağçadakı iki-üç otaqda yaşayır. O böyük şəxs özü üçün dünya ehtiyatı istəmirdi. Hətta ona gətirilən hədiyyələri Allah yolunda verirdi. Beytulmala aid olmayan şəxsi pullarını ümumi işlərə sərf edirdi. Şəxsi pulundan 10-15 milyon tümənlə oğluna normal bir ev almayan şəxs öz hesabından 100 milyonları ölkənin inkişafına, yoxsullara, seldən zərər çəkənlərə verirdi. Bizim bundan xəbərimiz var idi. Bu pullar İmamı sevənlər tərəfindən ona verilmişdi. Ayətullah Xamenei Vilayet.info Oxşar xəbərlər
|