İmam Rzanın (ə) ətir vurmaqla bağlı tövsiyələri
İslam dini ətir vurmağı ümumi halda heç kəsə, eləcə də qadınlara haram buyurmamışdır. İslam dininin qadağan etdiyi şey odur ki, qadın naməhrəm qarşısında ətir vurmasın. Cəmiyyət içinə çıxan qadınların güclü iyi olan ətirlərdən istifadə etməsi caiz hesab olunmur. Qadın bu ətirləri öz həyat yoldaşının və məhrəm sayılan ailə üzvlərinin yanında istifadə edə bilər. Çünki ətir də hicab kimi qadının həyası və iffətidir. İmam Rza (ə) ətir vurmağın faydalarından danışaraq buyurur: "Dörd şey vardır ki, qəlbi açar və qəmi aradan aparar: ətir vurmaq, bal yemək, miniyə minmək, yaşıllığa nəzər salmaq”. İmam Rzanın (ə) nəzərinə görə ətir vurmaq peyğəmbərlərin (ə) sünnətidir. Necə ki, buyurur: "Ətir vurmaq – peyğəmbərlərin (ə) əxlaqındandır”. İmam Rza (ə) başqa yerdə buyurur: "Kişi üçün layiqli deyildir ki, hər gün ətir vurmaqdan istifadə etməyi tərk etsin. Əgər bacarmırsa, bir gündən bir, əgər yenə bacarmasa, hər cümə özünü ətirli etsin və bu əməli heç bir zaman tərk etməsin”. Muəmmir ibn Xəlad nəql edir: "İmam Rza (ə) mənə göstəriş verdi ki, elə bir yağ tapım ki, içində müşk və ənbər olsun. Mənə buyurdu ki, "Ayətül-kürsü”nü, "Fatihə” surəsini, "Nas” və "Fələq” surələrini, şeytandan qorunmaq üçün yaxşı olan ayələri bir kağıza yazım və onu şüşə ilə qutusu arasında qərar verim. Bu işi gördüm, xidmətinə gələn zaman saqqalını ətirləndirdi və mən də ona tamaşa etdim”. Həsən ibni Cəhəm nəql edir: "İmam Rzanın (ə) xidmətinə getmişdim. Mənim yanıma bir qab gətirdi ki, içində müşk var idi. Mənə xitab edərək buyurdu: "Bu müşkdən götür və özünə sürt”. Bir qədər götürüb özümə sütdüm. Buyurdu: "Bir qədər də götür və boynunun aşağısına sürt”. Əli ibni Yəqtin İmam Rzaya (ə) məktub yazır və möhkəm baş ağrısından şikayət edir. İmam (ə) cavabında yazır: "Yeməkdən sonra ənbəri burnuna çək. İnşəallah, nicat taparsan”. /Deyerler.org/ Oxşar xəbərlər
|