Ağvalideyn olmağın gətirdiyi pis nəticələr:
Dinimiz ata və anaya ehtiram qoyulmasını həmişə tövsiyə edir və bizdən istəyir ki, valideynlərimizə qarşı həmişə mehriban və mülayim olaq. Allah Təala valideynlərin zəhmətlərinə o qədər əhəmiyyət verir ki, Özünə ibadətdən sonra valideynlərə məhəbbət göstərilməsini əmr etmişdir. Bəzən insan elə işlər görür ki, valideynlərinin qəlbini sındırır və onları narazı edir. Dinimiz valideynin övladından narazı olmasını ağvalideynlik adlandırmışdır. Ağvalideyn olmağın gətirdiyi pis nəticələr: 1. Allahın narazılığı. Hədisdə oxuyuruq: “Ata və ananızı razı edin ki, Allah sizə qarşı razı olsun”. 2. Ömrün qısa olması. İmam Sadiq (ə) buyurur: “Ata və ananıza hörmət edin ki, ömrünüz uzun olsun”. 3. Namazın qəbul olunmaması. 4. Duanın eşidilməməsi. Biz insanlar həmişə Allaha möhtacıq. Ona görə də hər bir işimizdə Allaha diqqət edərik. Əgər ata və anamızı özümüzdən razı sala bilsək, dualarımız da qəbul olar. 5. Valideynin xeyir-duasından məhrum olmaq. Qəbul olan dualar içərisində valideynin övladı üçün etdiyi dualar da vardır. Çünki onlar Allahın sevimli bəndələridirlər. Ona görə də Allah onların dualarını qəbul edir. Gərək elə iş görməyək ki, bu dualardan məhrum olaq. 6. Bədbəxt olmaq. O kəsin ki, valideyni ondan narazı olar – həyatında xoş günlər görməz. Yoxsulluğa, təşvişə və bədbəxtliyə düçar olar. 7. Övladı onunla elə rəftar edər. Hədislərimiz buyurur ki, necə ki, siz öz valideynlərinizlə rəftar edirsiniz övladlarınız da sizinlə o cür rəftar edəcəkdir. Yəni, əgər bu gün siz valideynlərinizi özünüzdən narazı edirsinizsə bir gün gələcəkdir ki, övladlarınız da sizə o cür əziyyətlər verəcəkdir. 8. Behiştin iyini hiss etməz. O kəs ki, valideynlərinin zəhmətinə təşəkkür etməz, Allaha da təşəkkür etməz. Bu cür insan behiştin iyini hiss etməz. 9. Ağır ölüm. Valideynin insandan narazı olması ölümü ağır edər. Ancaq əksinə - o kəs ki, valideynləri ondan razıdırlar, ölüm anında mələklər ona mehribanlıq edər və Allah ona rəhmət gözü ilə nəzər salar. Ona görə də hələ ki, fürsətimiz vardır, valideynlərimizi özümüzdən razı etməyə çalışaq. Onlara ehritam göstərək, məhəbbət və sevgini onlara daddıraq. Qoymayaq yorğun qəlbləri bizdən narazı olsun və sınsın. Əgər belə olarsa, çalışaq ki, tez ürəklərini alaq və onları razı salaq. Oxşar xəbərlər
|