İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti
Mьəllif: admin1
Tarix: 21-10-2023, 12:04
İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti
İnsanlar arasında barışıq yaratmağın Uca Allah tərəfindən böyük mükafatı vardır. Bu barədə Quran ayələrində Allah – Təala buyurur:

“Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin.” [1]

“Onların pıçıldaşmalarının çoxunda bir xeyir yoxdur, yalnız sədəqə verməyi, ya yaxşı iş görməyi, ya da insanlar arasında sülh yaratmağı əmr edənlərdən başqa. Kim Allah razılığına xatir belə edərsə, tezliklə ona böyük mükafat verərik.”[2]

Barışıq və sülh yaratmağın əhəmiyyəti haqqında Məsumlardan (ə) gələn hədislərin bir qisminə nəzər salaq:

Həzrət Məhəmməd (s) buyurub: “Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan götürülməsinə bərabərdir.“[3]

İmam Sadiq (ə) buyurub: “İnsanlar Bir-birilə ixtilafa və düşmənçiliyə düçar olanda onların arasında sülh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq, Allahın sevdiyi bir sədəqədir.”[4]

İmam Sadiq (ə) Müfəzzələ xitabən buyurmuşdur: “Bizim şiələrdən iki nəfərin çəkişdiyini gördükdə, mənim malımdan ixtilafa səbəb olan xərci ödəməklə, onların arasında barışıq yarat.” [5]




[1] Hücurat, ayə 10

[2] Nisa, ayə 114

[3] Kənzul-Ummal, hədis 5480

[4] əl-Kafi, c.2, hədis 209 , hədis1

[5] əl-Kafi, c.2, hədis 209 , hədis3


(ahliman.info)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930