Allah Təalanın Həzrət Musaya (ə) 4 nəsihəti
Əmirəl-möminin (ə) buyurur: “Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “Ey Musa! Dörd şeylə bağlı tövsiyəmi yadda saxla:
1. Bilməyənəcən ki, günahların bağışlanıbdır – başqalarının eybini tutma. 2. Bilməyənəcən ki, Allahın xəzinəsi qurtarıbdır – ruzinin qəmini yemə. 3. Görməyənəcən ki, Mənim padşahlıq və mülküm əldən gedibdir – başqalarına ümid bəsləmə. 4. Şeytanın ölüsünü görməyənədək, onun məkrindən amanda olma”. /Deyerler.org/ Oxşar xəbərlər
|