“Yasin” surəsində adı çəkilən İmami-mubin kimdir?
إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ وَكُلَّ شَيْءٍ أحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ
”Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq-aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq”. (“Yasin” 12). Bu ayədə adı çəkilən İmami-mubin kimdir ki, bəziləri onu oxuyan zaman salavat çevirirlər? Təfsirçilərin nəzərinə görə bu ayədə adı çəkilən İmami-mubin İmam Əlidir (ə). Ona görə də ona salavat göndərmək bəyənilən əməllərdən hesab olunur. İmam Baqir (ə) cəddindən nəql edir ki, buyurub: “O zaman ki, bu ayə nazil oldu, Əbu Bəkr və Ömər ayağa qalxdılar və dedilər: “İncildir?”. Buyurdu: “Xeyr”. Dedilər: “Qurandır?”. Buyurdu: “Xeyr”. Bu zaman İmam Əli (ə) Peyğəmbərə (s) tərəf gəlirdi. Və (Həzrətin (s)) gözü İmama dəyir və buyurur: “İmami-mubin – bu kişidir! O, həmin İmamdır ki, Allah Təala hər şeyin elmini onda hesablaşmışdır””. İbni Abbas İmam Əlinin (ə) özündən nəql edir ki, buyurub: “Allaha and olsun ki, İmami-mubin mənəm! Haqqı batildən aşkar edirəm və bu elmi Peyğəmbərdən (s) irs aparmışam və öyrənmişəm”. (Erfan) Əmmar Yasir nəql edir: “Müharibələrin birində Həzrət Əlinin (ə) yanında idim ki, bir səhraya çatdıq. Orada çoxlu qarışqa var idi. Həzrətə (ə) dedim: “Ey Əmirəl-möminin! Allah məxluqlarından kimisə tanıyırsanmı ki, bu qarışqaların sayını bilsin?”. Həzrət (ə) buyurur: “Bəli, ey Əmmar! Mən o insanı tanıyıram ki, bu qarışqaların sayını, onların dişi və erkəklərinin sayını bilir”. Soruşdum: “Ey, mənim mövlam! O insan kimdir?”. Buyurdu: “Ey Əmmar! Məgər “Yasin” surəsinin 12-ci ayəsini oxumamısan?”. Dedim: “Bəli, mənim mövlam, o ayəni oxumuşam”. Həzrət (ə) buyurdu: “Mən – həmin İmami-mubinəm””. /Deyerler.org/ Oxşar xəbərlər
|