Nemət üstündür yoxsa ondan sonra edilən şükr?
![]() İnsanın bədən üzvlərindən tutumuş, onun həyat, yaşayış və rifahini təmin edən, ətraf mühit, təbitə və deyilməyən minlərlə nemətlər Allahın mərhəmətinin təzahürüdür. İnsanlar buna görə şükr etməlidirlər. Şükr etməlidirlər ki nemətlərin davamiyyəti olsun və artsın. Nəhcul-Bəlağədə birinci xütbədə İmam Əlidən belə nəql olunur: “Allah sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur” Qeyd etmək lazımdir ki nemət yalnız yemək-içməyə deyilmir. Nemət bizi həyatda saxlayan, insanın , ona lazım olan təbitəin səbəbləri olan bütün kiçik, böyük, birbaşa və bilavasitə amillərinə deyilir. Peyğəmbər buyurur: “Kim Allahın yemək, içmək və geyimdən başqa nemətlərini görməsə, şübhəsiz, əməli qısa və əzabı yaxın olar.” İnsana nemət veriləndə o ondan yalnız həyatda olduğu zamanda bəhrə apara bilir. Amma şükür etmək və bu şükür əvəzində əldə edilən savabdan isə qiyamətdə uzun müddət üçün bəlkdə də əbədi olaraq bəhrə apara bilər. Bu haqda Tuhaful-Uqul əsərində İmam Hadidən belə bir hədis nəql edilib: “Şükr edən xoşbəxtir. Bu, daha çox verilən nemətə görə deyil, nemətdən sonra edilən şükrə görədir. Çünki nemətlər də əmtiə kimidir (dünya malıdır). Amma şükür etmək həm dünyanın həm də axirətə aiddir”.islaminsesi.org/ Oxşar xəbərlər
|