Tövbə edənin 4 əlaməti
Mьəllif: admin1
Tarix: 7-11-2021, 11:49
Tövbə edənin 4 əlaməti
Tövbə sözünün ərəb dilindən hərfi tərcüməsi “qayıdış” deməkdir. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə deyilir.

Tövbə edən şəxs də günahlardan itaətə doğru qayıtmış olur (“tövbə” sözünün mənasına uyğun olaraq).

Qurani-kərimdə “tövbə” sözü və onunla eyni kökdən olan kəlmələrə 87 dəfə rast gəlinir. Lüğət alimləri yazırlar ki, Quranda tövbə anlayışı həm Allaha, həm də bəndəyə aid edilib.

“Tövbə” sözü Allaha aid olduqda “əla” hissəciyi, bəndəyə aid edildikdə isə “ila” hissəciyi ilə yanaşı işlədilir. Birinci halda Allahın qəzəb və cəzadan mərhəmətə doğru qayıtması, ikinci halda isə bəndənin günahdan itaətə sarı dönməsi nəzərdə tutulur.

Quranda bütün möminlərə öz günahlarından tövbə etmək əmr edilir: “Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız” (Nur, 31).

Başqa bir ayədə günahkar insanların axirətdəki acınacaqlı aqibəti haqqında danışıldıqdan sonra buyurulur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir” (Fürqan, 70).

İmam Əli ibn Əbu Talib (ə) buyurub ki, tövbənin faydası nəfsin imkanlarını tanımaqdır. Həqiqətən, insan tövbə etdikdən sonra qarşısına günah imkanları çıxanda onun öz nəfsi üzərində nə qədər hakim olduğu aşkara çıxır.

Hədislərdən məlum olur ki, bəndə tövbə etdikdə Allah-təala buna sevinir. Səmimi tövbə edənin günahlarının üzərinə pərdə çəkilir, hətta qiyamətdə də Allah bu günahların üstünü açmaz.

Tövbə etmək imkanı Allahın öz bəndəsinə bir lütfüdür. İmam Cəfər Sadiq (ə) buyurub: “Mömin günah edəndən 20 il sonra da olsa, xatırlayıb tövbə edər və Allah onu bağışlayar. Kafir isə heç bir saat keçməz ki, günahını unudar və tövbə etməz”.

İmam Əlidən (ə) rəvayət edilən: “Tövbə etmək imkanı verilən şəxsin tövbəsinin qəbulu qadağan olmaz” hədisi də buna sübutdur.

Bəs tövbə etmiş insanın xüsusiyyətləri necə olmalıdır. Başqa bir ifadə ilə desək tövbə insanda hansı dəyişikliklər yaradır?

Peyğəmbər buyurub:

“Tövbə edənin 4 əlaməti var, Əməllərin xalisləşməsi (Sırf Allah üçün həyata keçirilməsi), Batil işlərin tərk edilməsi, Haqq əhli və tərəfdarı olmaq, Xeyir işlərə can atmaq”

Bir sözlə tövbə edən insan bu 4 xislətdən birini özündə görə bilməsə deməli kamil tövbə edə bilməmişdir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930