Ən az rahatlığı olan insan
Mьəllif: admin1
Tarix: 2-08-2016, 17:23
Ən az rahatlığı olan insan
Paxıl insan digərinin inkişafını istəməz. Digərinin vəziyyətinin yaxşılaşdığını görəndə bağrı çatlayar. Bu paxıllıq yalan, böhtan töhmət, qeybət, düşmənçilik, sui-qəsd oğurluq və sair kimi əməllərə zəmin yaradar.


Paxıllığın əsas məhsulu olan Kin-kudürət də onu kimi insanı rahat buraxmaz.

Hədislərdə buyurulur ki, Kin bəsləmək eyblərin ən pisidir.

İmam Əli buyurur ki, Kin qəzəb gətirər.

Kin bəsləmək, paxıl adamların xislətidir. Kin bəsləmək elə bir oddur ki, (ona) qalib gəlməkdən başqa heç bir şeylə söndürülməz. Kin bəsləmək fitnə və narahatlıqların səbəbidir. Kinli adamın canı əzabda və qəmi ikiqat çoxdur.

İmam Hadi (ə) buyurub: “Məzəmmət və gileylənmək qəlbdə kin saxlamaqdan daha yaxşıdır.”

Buyurulan bu hədisdən anlaşılır ki kin saxlamaq ən böyük bəlalardan biridir. O rəzilə sifətə malik olan insanın rahatlığı çox az olar. Bu haqda İmam əsgəri (ə) buyurub:

“Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir.”islaminsesi.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031