Həyat yoldaşını məhəbbət izharından məhrum etməyin
Mьəllif: admin1
Tarix: 2-08-2016, 17:24
Həyat yoldaşını məhəbbət izharından məhrum etməyin
Mömin o kəsdir ki, dinin vasitəsilə həm dünyasını və həm də axirətini abad edə bilər. Quran və Məsumların (ə) nəsihəti bu abadlıq işlərində bizə yardım edə bilər. (Tebyan)
Məsumlar (ə) bizə həmişə haqq yolunu göstərmiş və Quranın vasitəsilə bizləri həqiqi nura tərəf hidayət etmişlər. Məsumların (ə) bizə verdiyi nəsihələtlərdən biri də ailə ilə bağlıdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Həyat yoldaşına eşq bəsləmək istilik yaradar. Bu eşqi ona elan edərək, ürəyini fəth edərsiniz. “Səni sevirəm” elə bir cümlədir ki, heç bir zaman qadının ürəyindən çıxmaz. Həyat yoldaşınızı bu kəlmədən məhrum etməyin”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin ən yaxşı kişiləri o kəslərdir ki, ailəsinə qarşı kobud olmasın. Xəyanət etməsin, onlara ürək yandırsın. Onlara zülm etməsin”.
Rəsuli-Əkrəm (s) buyurur: “Sizlərdən ən yaxşısı o kəsdir ki, ailəsi üçün yaxşı olsun. Mən sizin içərinizdə ailəmə qarşı ən yaxşısıyam. Yalnız böyük insanlar xanımını əziz tutar. Ona xəyanət edər, məgər alçaq və dəyərsiz insan”.
Rəsuli-Əkrəm (s) buyurur: “Kişi evdə ailəsinə qarşı üç sifətə riayət etməlidir, baxmayaraq ki, təbiətində olmasa belə: xoşrəftarlıq, ölçüsündə əliaçıq olmaq, təmkinlə bir yerdə olan qeyrət”.
Rəsuli-Əkrəm (s) buyurur: “Kişinin xanımı və övladları ilə əyləşməsi mənim bu məscidimdə etikaf etməkdən Allah yanında daha sevimlidir”.
Bəli, Həzrət Peyğəmbər (s) həqiqi möminlərin ailədə necə rəftar etməklərinə dair bu dəyərli nəsihətləri vermişdir. Bəziləri deyir ki, ancaq kişilərin vəzifələri haqqında danışırsınız, bəs qadınlar? Həzrət (s) qadınlara da nəsihət vermişdir. Belə ki, buyurmuşdur: “O qadın ki, ərini elə işlərə vadar edər ki, o, həmin işi yerinə yetirmək gücünə malik olmaz, onun heç bir yaxşı işi qəbul olmaz”.
Biz özümüzü mömin hesab etsək də, bu əziz insanların buyurduqlarını yerinə yetirmək bizim üçün çətindir. Həqiqi mömin olmaq üçün bu sözləri qəbul edib, həzm etmək lazımdır. Ondan sonra ona əməl etmək asan olar. Əhli-beyt (ə) davamçısının rəftarı o qədər səhvsiz və xatasız olmalıdır ki, bizə baxanlar həqiqətən də möminliyin nişanələrini hiss edə bilsinlər. Çalışaq ki, bacardığımız qədər bu əzizlərin nəsihətini evimizin dörd divarında həyata keçirdə bilək.
İmam Sadiq (ə) buyurur: “Kişinin imanı hər nə qədər çox olarsa, həyat yoldaşına olan sevgisi də artar”.
/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930