Dini baxımdan mərd insan kimə deyilir?
Mədlik, mərdanəlik kütlə arasında daha çox kişilik bəzən də alicənablıq kimi ifadə olunur.
Hədislərdə mərd insan və onun xüsusiyyətləri barədə gələn sifətləri sadalamaqla, onun əslində kimə deyilməsini də müəyyən etmək olacaq. Mərdlilik barədə gələn bəzi hədisləri təqdim edirik: İmam Əli buyurub: “Mərdlik kişinin onu pis və alçaq göstərən işlərdən çəkinməsi və onu zinətləndirən əməlləri əldə etməsidir” “Mərdliyin əsası budur ki, aşkarda görə bilmədiyin pis işi gizlində görməyi də özünə sığışdıra bilməyəsən” “Birinin kişi olmasına dəlalət edən onun yaxşılığı yayması, kömək etməsi və minnət qoymaqdan uzaq olmasıdır” “Kişiliyin əsası həya-abır, meyvəsi isə iffətdir” “Mərdliyin tam olması odur ki, başqalarının öhdəsində olan öz haqlarını yaddan çıxarasan, digərlərinin sənin öhdəndə olan haqlarını isə dilə gətirəsən” “Kişilik düz danışmaq və söz üstündə durmaqla kamilləşər” “Mərdanəlik digər yaxşılıqları və fəzilətləri özündə birləşdirəndir” Bir gün həzrət Əli (ə) səhabələrin yanından keçəndə onların kişilik və mərdlik haqda danışdıqlarını görür və deyir . Bəs sizin Allahın kitabından xəbəriniz yoxdur?! Onlar deyirlər: Ey möminlərin əmiri sən nə haqda danışırsan? İmam: Mən Allahın bu ayəsi haqda danışıram ki deyir: “Allah ədalətə və ehsan etməyə əmr edir”. Bilin ki, ədalət insaflı olmaq, ehsan isə alicənablıqdır. (Yəni kişilik və mərdanəlik, insaflı davranmaq və alicənab olmaqdır. Həzrət Peyğəmbər buyurub: “Mərdanəlik əmlakı islah etməkdir”. (Yəni insanın əmlakında verilməmiş xums və zəkat varsa bu o deməkdir ki, insan yetim və yoxsulun malını mənimsəyərək saxlamışdır. Bu da kişilikdən uzaq bir əlamətdir) Həzrət Peyğəmbər buyurub: “Hər kəs insanlarla rəftar edərkən zülm etməzsə, onlarla danışarkən yalan deməzsə, onlara vəd verərkən sözünü yerinə yetirərsə, bu şəxs mərdanəliyi kamil olan şəxsdir. Bu şəxsin ədaləti görünür, onunla qardaşlıq etmək vacib, onun qeybətini etmək isə haramdır”. Oxşar xəbərlər
|