Ayətullah Behcətdən keyfiyyətli namaz haqda tövsiyə
Namaz Allahın qarşısında durub onunla danışmaq məqamıdır. Bu zaman insan hansı düşüncədə olmalıdır. Təcrübələr göstərir ki namaz qılarkən qəlbin də hüzur tapması birinci növbədə namazdakı kəlamların mənasını başa düşmək və onlar haqda düşünməkdən keçir.
Ayətullah Behcət qəlbin hüzurunun baş tutması üçün belə buyurub: “Qəlb hüzuru mövzusunda bir giriş var və bir də dayanmaq. Giriş nədir? Görürsünüz ki, bir vaxt fikirlər özü gəlir və fikirlərin gəlməsi bizim əlimizdə deyildir. Mövləvi bu fikirləri arıya bənzətmişdir. Arı özü gələr, sən onu dəvət etmirsən. Siz sabah evinizə qonaq çağırmısınız, 10 nəfər və ya 15 nəfər. Namaz qılan zaman bu qonaqlıq fikri arı kimi zehninizə gələr. Ancaq dayanmaq özündən asılıdır. İstəsən dayanmaya bilərsən. O, sənə deyər: “Sabah qonağın var”. Sən də cavab verərsən ki, düz deyirsən, görəsən, nə hazır edək. Bu fikirlərə cavab vermək sənin əlindədir. O şey ki, səndən ixtiyarsız gələr, ziyanlı deyildir. Ancaq dayanmaq bizim əlimizdədir. Bu zaman fikrini dəyişdir və davam etmə.” Ayətullah Behcət möizəsinin davamında deyir: “- Dəstəmazı qəlb hüzuru ilə və diqqətlə alın. Hədislərimiz deyir ki, dəstəmaz ürəyin təharətinə səbəb olar. - Namazın əzəmətini düşünün və bu haqda gələn hədislərə nəzər salın. - Elə namaz qılın ki, sanki bu sonuncu namazınızdır və bir daha fürsətiniz olmayacaqdır. - Üzü qibləyə dayanan zaman çalışın ki, dünyanı və ondan olanları, məşğuliyyətlərinizi unudasınız. - Namazın sözlərinə diqqət edin və onu sakit və yavaş qılın. - Bunu bilin ki, namaza başlayandan bitirənə qədər Allah Təala sizə diqqət edər. Başınızın üstündə mələk dayanar və deyər: “Ey namazqılan! Əgər bilsən Kim sənə nəzər salır və Kiminlə munacat edirsən, heç bir zaman Ondan üz döndərməzdin və heç bir zaman yerindən ayağa qalxmazdın”. - Bilin ki, namaz zamanı Allahın rəhməti sizə kölgə salar və İlahi mələklər sizin ətrafınızı dovrəyə alarlar. - Namazda məkruh olanları yerinə yetirməyin. Namazın fəzilətini artıran əməlləri yerinə yetirin. Əlinizə əqiq üzük taxmaq, pak paltar geyinmək, özünə ətir vurmaq kimi”. Oxşar xəbərlər
|