Allaha görə dostluq və düşmənçilik edənlərin əcri
İmam Səccad (ə) buyurur: “O zaman ki, Allah əvvəlkiləri və axırdakıları toplayar, nida edən fəryad çəkər:
“Haradadır o kəslər ki, Allah yolunda dostluq ediblər?” Bir qrup ayağa qalxar və onlara xitab olunar ki, sorgusuz behiştə gedəcəklər. Behişt yolunda mələklər onlara yaxınlaşar və soruşarlar: “Hara?” Deyərlər: “Behiştə, hesab vermədən”. Soruşarlar: “Hansı cəbhədənsiniz?” Cavab verərlər: “Allah yolunda dostluq edənlərdən”. Deyərlər: “Əməliniz nədir?” Cavab verərlər: “Allah yolunda dostluq və düşmənlik etmişik”. Mələklər deyərlər: “Əməl edənlərin əcri necədə gözəldir””. Oxşar xəbərlər
|