İmam Hüseynin (ə) nəzərində ibadət edənlərin 3 dəstəsi
Mьəllif: admin1
Tarix: 7-08-2016, 11:29
İmam Hüseynin (ə) nəzərində ibadət edənlərin 3 dəstəsi
Bəşər insanları çox vaxt öz mənfəətlərini güddükləri üçün Allahı mehriban bir ata kimi təsəvvür edirlər ki, ondan hər nə istəsən, sənə verəcəkdir. (Tebyan)

Bu mənfəət hissinə görə Ona ibadət edir və pərəstiş edirik. Əlbəttə, yaxşıdır ki, hacətlərimizi ancaq Allahdan istəyək və başqasına ağız açmayaq. Ancaq onu da bilməliyik ki, belə bir ibadətlə kifayətlənmək – yüksək səviyyəli ibadət deyil.

Əgər biz bu dərəcədə qərar tuturuqsa, ibadətin hələ ibtidai sinifində qərar tuturuq.

İmam Hüseyndən (ə) gələn nurani hədisdə oxuyuruq ki, Həzrət (ə) ibadət edənləri 3 dəstəyə bölür: “Bir dəstə behişt şövqünə görə Allaha ibadət edərlər, bu, tacirlərin ibadətidir. Bəziləri cəhənnəm qorxusundan Allaha ibadət edərlər və bu, qulların ibadətidir. Bir dəstə isə nə behiştin şövqündən və nə də cəhənnəm qorxusundan, şükür səbəbindən və Allahı ibadətə layiq bildiyi üçün Ona pərəstiş edərlər. Bu, azadilərin ibadətidir”.

İbadət – mərifət və elmin səmərəsidir. Ona görə də üçüncü dəstədə olan insanların sayı çox azdır. Adətən insanlar Allaha tacir və qul kimi ibadət edərlər. Ona görə də insanların çoxu sübh namazına cəzadan qorxduqları üçün qalxarlar. Çünki bilirlər ki, əgər tərk olunsa, ağır cəza alacaqlar. Ona görə də gecə namazı qılanların sayı da azdır.

Halbuki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Allah Təala peyğəmbərinə (Musaya (ə)) xitab edir: “Ey İmranın oğlu! Yalan deyir o kəs ki, Məni sevdiyini zənn edir, ancaq axşamdan səhərə qədər yuxudadır. Məgər hər bir sevən istəməz ki, Məhbubu ilə xəlvət etsin?”.

Bir çoxlarımız Allahı bizə verdiyi nemətlərinə görə sevirik, çünki nemətlərindən ləzzət alırıq. Ancaq əslində özümüzü sevirik.

Lakin Allahın elə bəndələri vardır ki, ancaq Allahı sevirlər. Bunlar İlahi övliyalardırlar və hətta Məhbubları onlara qəzəblənsə, sevgiləri azalmaz.

İmam Əli (ə) Allahla etdiyi münacatında buyurur: “Allahım, əgər məni cəhənnəmə də aparsan, cəhənnəm əhlinə deyəcəyəm ki, Səni sevirəm”.

Bəs necə abid olaq?

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “Bil ki, Allaha ibadətin ilk addımı - Onu tanımaqdır. Sonra mənə iman bəsləmək və sonra etiraf etmək ki, Allah Təala məni insanlara tərəf ona görə göndərib ki, onlara Allahın əmrini çatdıram. Allaha tərəf çağıram və yanan çırağam. Sonra mənim Əhli-beytimi (ə) sevmək ki, Allah napaklıqları onlardan aparmış və onları pak və pakizə etmişdir”.

İmam Əli (ə) Haris Həmədaniyə yazdığı məktubda buyurur: “Nəfsini ibadət etmək üçün aldat və onunla mehriban ol. Zorla onu ibadətə vadar etmə. Məgər o vacibatlar ki, sənə vacib edilmişdir. Onları gərək vaxtında yerinə yetirəsən və onlara nəzarət edəsən”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930