Qəlbin hüzuru olmadan namaz yoxdur
Namazda nə qədər qəlb hüzuru olarsa, namaz da o qədər qəbul edilir. Belə ki, əgər insanın namaz halında Allaha diqqəti bir-iki dəqiqəlik olarsa, onun bir iki dəqiqəlik namazı da qəbul edilir və namazın qalan hissəsi isə boş əyilib qalxmaqdan başqa bir şey olmur. İmam Baqir (ə) buyurur: “Bəndənin tam qəlblə qıldığı namazı yuxarı aparılır”. İndiyə qədər günəşin mikroskopun vasitəsi ilə kağızı yandırmasına diqqət yetirmisinizmi? Niyə günəş mikroskopsuz kağızı yandırmır? Çünki, mikroskop əhatəsində olan bütün günəş şualarını bir yerə toplayır və yaranan hərarət vasitəsi ilə kağız yanmağa başlayır. İnsan namaz halında qəlb hüzuru ilə diqqətini bir yerə topladıqda fikrində mikroskopun fəaliyyəti icra olur. Namaz qılan şəxsdə bu hal yaranan zaman ilahi feyzi qəbul etməyə hazır olur. Allahın rəhmət feyzi hər yeri əhatə etmişdir. Yalnız biz özümüzü onu qəbul etməyə hazır etməliyik ki, Allahın eşqi canımıza yayılsın. Oxşar xəbərlər
|