İmam Zaman ağa (ə.f) buyurmuşdur: “Xaliq gərək cisim və Raziq gərək ruzi yeyən olmasın...”
Mьəllif: admin1
Tarix: 8-08-2016, 10:31
İmam Zaman ağa (ə.f) buyurmuşdur: “Xaliq gərək cisim və Raziq gərək ruzi yeyən olmasın...”
İmam Zaman ağa (ə.f) buyurur: “Ancaq Allah Təaladır ki, cisimləri xəlq etmiş və ruziləri bölmüşdür. O, cisim deyildir. Onun kimisi yoxdur. O, eşidən və biləndir. Ancaq İmamlar (ə) Allahdan bir şey istəyirlər və Allah da onlar üçün xəlq edir. Allahdan istəyirlər, Allah da ruzi verir. Allah bu cür edir. Çünki Özünə yəqin etmişdir ki, istəklərini yerinə yetirsin və məqamlarını əzəmətli etsin”.
Hədisin şərhi.
Bir dəstə Əhli-Beyt (ə) alimləri mübahisə edirlər ki, Allah ruzi vermək məsələsini İmamlara (ə) tapşırmışdır. Bəziləri isə deyir ki, xeyr. Ruzini verən Allahın bilavasitə Özüdür. Bu məclisdə olan şəxslərdən biri deyir: “Niyə (Həzrətin (ə.f) ikinci səfiri) Əbi Cəfər Muhəmməd ibn Osmanın yanına getmirsiniz? Bu barədə ondan soruşmursunuz?”. Məclisdə olanlar razı oldular və mübahisə etdikləri bu sualı ondan soruşdular. İmam Zaman ağa (ə.f) da bu sualın cavabını bir məktub şəklində göndərir və buyurur: “Xaliq gərək cisim və Raziq gərək ruzi yeyən olmasın. Nəticədə bizim cismimiz vardır və ruzi yeyirik. Nə xaliqiq və nə də raziq. Ancaq Allah bizim haqqımızı böyük qərar vermişdir və istəklərimizi yerinə yetirir. Belə ki, dua edirik, yerinə yetir. Nəinki biz özümüz İlahi istəkdən kənarda bu gücə malikik”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930