İstixarə necə edilir?
Allahın Peyğəmbəri (s) buyurub: “Bir iş görmək niyyətində olan zaman yeddi dəfə Allahdan xeyir istə. Sonra bax, gör qəlbindən daha tez nə keçir və bil ki, xeyir ondadır, yəni ona əməl et”. (Biharul-Ənvar, c.91, səh.265, hədis 19) İmam Sadiq (ə) ibn Əbi Yəfurə Allahdan xeyir istəmək haqda buyurub: “Əvvəl Allahı böyüklük və əzəmətilə yad edib həmd-səna söyləyirsən, Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat göndərdikdən sonra deyirsən: “Allahummə inni əsəlukə biənnəkə alimul-ğəybi və şəhadətir-rəhmanir-rəhimi və əntə əllamul-ğuyub. Əstəxirullahə və rəhmətih. (Ey Rəbbim, Sən qeybi və aşkarı bilənsən, rəhman və rəhimsən, Sən bütün sirləri bilənsən, Səndən ehtiyacımı diləyirəm. Allahdan rəhmətinin köməyi ilə xeyir istəyirəm.)” (Biharul-Ənvar c.91, səh.256, hədis 1) İmam Sadiq (ə) “bəzən bir işi görməyi qərara alıram və onun barəsində Allahdan xeyir istəyirəm, amma fikrim bir nəticəyə çatmır”, deyən şəxsə buyurdu: “Quranı aç və gördüyün ilk ayəyə uyğun olaraq Allahın istəyi ilə əməl et”. (Təhzibul-Ehkam, c.3, səh.310, hədis 960) İmam Sadiq (ə): “İki rəkət namaz qıl və Allahdan xeyir istə. Çünki Allaha and olsun, Rəbbindən xeyir diləyən elə bir müsəlman olmayıb ki, Allah mütləq ona xeyir və yaxşılıq bəxş etməmiş olsun”. (əl-Kafi, c.3, səh.470, hədis 1) Oxşar xəbərlər
|