İnsanı azdırmaq üçün şeytanın 3 əsas fürsəti
İnsanlar bəzi xüsusiyyətlərdə bir-birilə müştərəkdirlər. Məsələn bir şeydən xoşumuz gəlir və ya xoşumuz gəlmir. Məsələn xoşlayırıq ki, başlaqaları bizi tərifləsinlər və bizim haqqımızda xoş sözlər desinlər. Ya da əksinə. Qabiliyyətlərimizə o qədər inanırıq ki, özümüzü başqalarından üstün hesab edirik. Amma bunların zərər və ziyanından insanlar qafildirlər.
İmam Əlinin (ə) Malik Əştərə yazdığı məktubda bunları aydın görmək olur: “Təkəbbürdən və öz qüvvətli cəhətlərinə söykənməkdən, sitayiş (səni tərifləyənlərin tərifi zamanı) zamanı sevinməkdən çəkin!”. Hədisdə görünür ki, İmam (ə) insanın üç zəif cəhətini açıq şəkildə bəyan etmişdir. Birincisi təkəbbür və eqoistlikdir. İkincisi isə özünün qüvvətli cəhətlərinə söykənmək, lovğlanmaqdır. Üçüncüsü isə tərifə meyl göstərməkdir. Bu zaman insan özünü başqalarından böyük görməyə başlayır. İnsan çox təriflənən zaman zəif cəhətlərini də qüvvətli görməyə başlayar. Hamının onu tərifləməsini istəyir. Həzrət (ə) davamında buyurur: “Çünki bu sifətlər şeytanın ən inanılmış fürsətləridir. Yaxşı əməl sahiblərinin yaxşı əməllərini məhv edər”. İnsan əgər özünü başqalarından üstün və böyük görərsə, daima təriflənməyi istəyəcəkdir. Bu halda riyakarlıq xəstəliyinə tutulacaqdır. Riyakarlıq insanın yaxşı əməllərini aradan aparar. Halbuki, Allah yaxşı əməldən başqasını qəbul etmir. Hədislərimizdə də bu sifət kəskin şəkildə qadağan edilmişdir. İmam Sadiq (ə) buyurur: “İblis öz ordusuna belə deyər: “Əgər mən insanda olan üç şeyə görə ona qalib gəlsəm, onların əməlləri ilə işim olmaz. Çünki əməlləri qəbul olmaz. (Birincisi budur ki) əməllərini böyük görərlər, (ikincisi) günahlarını unudarlar, (üçüncüsü) təkəbbür göstərərlər”. Oxşar xəbərlər
|