Qadının cihadı – yaxşı həyat yoldaşı olmaqdır
İmam Əli (ə) buyurur: “Qadının ən yaxşı xüsusiyyətləri – kişilərin ən pis xüsusiyyətləridir: təkəbbür, qorxu, simiclik.
Əgər qadın təkəbbürlü olarsa, özünü heç kəsin ixtiyarına qoymaz. Əgər simic olarsa, özünün və ərinin malını qoruyar. Əgər qorxaq olarsa, hər xoşagəlməz hadisədən qaçar”. Məsumlardan (ə) nəql edilir: “Bərəkət cəhətdən ən böyük qadınlar o kəslərdir ki, xərcləri yüngül olar”. Başqa yerdə buyururlar: “Qadının Allaha ən yaxın halı o zamandır ki, evində əyləşər”. İmam Əli (ə) buyurur: “Qadına gücü çatmayan işi tapşırma. Çünki qadın güldür, nəinki işçi”. İmam Kazım (ə) buyurur: “Qadının cihadı – yaxşı həyat yoldaşı olmaqdır”. Əmirəl-möminin (ə) buyurur: “Ata və ananı öpmək – ibadətdir”. “Hər kim ata və anasına yaxşılıq edər, övladları da ona yaxşılıq edərlər”. Həzrət Peyğəmbər (s) buyurur: “Üç günah vardır ki, cəzası tez çatar: ata və anaya ağ olmaq, insanlara zülm etmək, ehsana naşükürlük etmək”. “Ata və anaya yaxşılıq etmək - ən dəyərli sifətlərdəndir”. “Ata və anaya yaxşılıq etmək - ən böyük vəzifədir”. “Allah üç şeydə heç kəsə icazə verməmişdir: biri əmanəti əda etməkdə - istər yaxşı insan olsun, istərsə də pis. Əhdə vəfa etməkdə - istər yaxşı insan olsun, istərsə də pis. Ata və anaya yaxşılıq etməkdə - istər yaxşı insan olsunlar, istərsə də pis”. “Allah dörd dəstə üçün behiştdə ev hazır etmişdir: o kəs ki, yetimə pənah verər, zəifə rəhm edər, ata və anasına mehribanlıq edər, quluna qarşı mehriban olar”. “Hər kim ömrünü uzatmaq istəyirsə və ruzisini artırmaq istəyirsə - ata və anasına yaxşılıq etsin”. İmam Əli (ə) İmam Həsənə (ə) buyurur: “Ailən gərək sənin yanında ən bədbəxt insanlar olmasınlar”. /Deyerler.org/ Oxşar xəbərlər
|