Şeytanın insandan qorxduğu zaman
Şübhəsiz ki, namazın fəlsəfəsi, İmam Rzanın (ə) buyurduğuna əsasən yeganə Allaha pərəstiş etmək, bütpərəstlikdən uzaqlaşmaq, təkcə Böyük Tanrının qarşısında öz möhtaclığımıza və kiçikliyimizə etiraf etmək, günahlarımızın bağışlanmasını istəmək, səcdənin fəlsəfəsi isə Tanrı qarşsında qürurdan və tüğyandan uzaqlaşmaqdır.
Övliyanın çox işarə etdiyi bir məsələ var ki o da namazın necə yerinə yetirilməsinə və onun vaxtında qılınmasına aiddir. Zürarə adlı səhabə, imam Baqirdən rəvayət edir ki, o həzrət buyurub: "Bir gün Allahın Elçisi (s) məsciddə əyləşmişdi. Bir kişi məscidə daxil olub namaz qılmağa başladı. O, namazı tələm-tələsik, rüku və səcdəsini düzgün və kamil yerinə yetirmədən qıldı. Sorna həzrət buyurdu: Bu fərd, belə bir namazla dünyadan getmiş olsa mənim dinimdə dünyadan getməmişdir." Namazı vaxtında qılmaq haqqında həzrət buyurub: "Nə qədər ki, insan gecə-gündüz beşlik namazlarını vaxtında qılmağa diqqət edirsə, şeytan ondan qorxur və ona yaxınlaşmır. Elə ki, ona riayət etməyi pozdu, şeytan onu böyük günaha salmaq üçün cürətlənir." Allahın Elçisi (s) buyrub: Hər kəs namazını qəsdən qılmasa və ya tərk etsə, öz dinini yox etmişdir. Hər kəs namazını vaxtında qılmasa, "Vəyl"-ə daxil olacaq. Vəyl, cəhənnəmdə yerləşən bir dərədir. Necə ki, Allah, Quranda buyurub "Vəylun lil-musəllin. Əlləzinə hum fi səlatihim sahun". Sonra buyurdu: "Səmaların mələkləri namaz vaxtlarında camaata baxırlar. Əgər namaz vaxtının olduğuna diqqətləri olsa, onlara "La ilahə illəllah Muhəmmədun rəsulullah" şəhadətini təlqin edir və İblisi onlardan uzaqlaşdırırlar. Bu əcr, namazı əvvəl vaxtında qılanlarla məhdudlaşır." Nəticə etibarilə demək olar ki şeytanın qorxduğu və uzaq durduğu şəxs namazlarını vaxtında və lazımi şəkildə yerinə yetirən insandır. (İslaminSesi) Oxşar xəbərlər
|