İmam Rza və xəlifə Məmunun doğulacaq oğlu barədə qeybdən xəbər
Mьəllif: admin1
Tarix: 22-06-2021, 23:47
İmam Rza və xəlifə Məmunun doğulacaq oğlu barədə qeybdən xəbər
İmam Rzanın kəramətləri daha çox Şeyx Səduqun Uyun Əxbarur-Riza və İbni-Şəhraşubun əl-Mənaqib əsərlərində yer alıb.

Şeyx Səduq yazır: "Abdullah ibni Məhəmməd Ələvi deyib: Həzrət Əli İbni Musa ər-Rizanın şəhid edilməsindən bir müddət keçmişdi. Bir gün Məmunun yanına getdim. O fikirli idi. Ordan-burdan söhbət etdikdən sonra dedi:

Mənin arvadım var idi. Dəfələrlə hamilə qalırdı, amma sonra uşaq düşürdü. Sonuncu dəfə Həzrət Rzanın yanında gedib, dedim: Ay Allahın elçisinin oğlu: Arvadım dəfələrlə hamilə olub və uşaq düşüb. İndi də hamilədir. Səndən istəyirəm bir yol göstərəsən ki, müalicə olunsun və sağlam usagı dünyaya gətirsin. Sözüm bitdikdən sonra həzrət Rza başını aşağı saldı. Biraz keçdikdən sonra başını qaldırıb dedi: Qorxma bu dəfə uşaq düşməyəcək və sağlam doğulacaq.

Həzrət Rza sonra dedi: Tezliklə həyat yoldaşının bir uşagı olacaq. Hamıdan çox anasına oxşayacaq. Onun üzü parlaq ay kimi gözəl üzlü olacaq. Amma əzəmətli Allah onun bədənində iki artıq şey qərar verəcək. Mən təəccüblə soruşdum ki nədir o?

Həzrət Rza cavab verdi: Biri odur ki onun sağ əlində bir barmaq artıq olacaq. İkinci artıq barmaq da sol ayağında olacaq.

Məmun dedi: Mən bu gələcəkdən verilən xəbəri eşidəndə çox təəccübləndim. Gözləyirdim ki görüm işin sonu necə olacaq?!.

Məmun dedi : Bir müddət keçdi. Arvadım uşağı dünyaya gətirdi. Əmr etmişdim ki uşagı birinci mənim yanıma gətirsinlər. Biraz keçdikdən sonra ipək parçalara bürünmüş uşağı mənim yanıma gətirdilər.

Parçanı qaldırıb uşağın üzünə və bədəninə baxdım. Əli ibni Musa Rizanın dedikləri tam şəkildə düz oldu. Hər şey onun dediyi kimi idi.” (Təlxis Uyun Əxbarur-Riza, c-2, səh-208)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031