Allahla rabitə qurmaq necə olur? Bu rabitə üçün ən işlək vasitə hansıdır?
Mьəllif: admin1
Tarix: 23-12-2023, 12:50
Allahla rabitə qurmaq necə olur? Bu rabitə üçün ən işlək vasitə hansıdır?
Hər bir ibadətin ruhu – İlahi qürbə yaxınlaşmaqdır. Bu məsələ namaz, oruc, dua, münacat vasitəsilə həyata keçə bilər. Allahla rabitə qurmağın xüsusi zaman və məkanı yoxdur.

Düzdür ki, bəzi zaman və məkanların xüsusi təsiri vardır, ancaq insan nə zaman və harada istəsə, Allahla rabitə qura bilər.

Allahla rabitə qurmaqda mühüm olan şey – etdiyin dua və ibadətin səmimi qəlbdən olması və ixlasa riayət etməkdir. Özünü Mehriban Allaha ehtiyaclı hiss edəsən.

Əgər insan dua edən zaman diqqəti ancaq Allahda olarsa və şirk və riyadan uzaq olarsa, şübhəsiz ki, Allah Təala gec və ya tez həmin duanı yerinə yetirəcəkdir.

Allah Təala buyurur: “Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm”. (“Bəqərə” 186).

Bu ayə onu göstərir ki, hər bir insan istədiyi zaman və məkanda Allahla rabitə qura bilər. Allahla səmimi qəlbdən və aşiqanə rabitə qura bilər.

O zaman ki, qəlb sızlayar və göz yaşları axar, ibadətin ən şirin anı gəlib çatar. Bu sınıq qəlbin alıcısı – ancaq Allahdır və Allah ona təskinlik verər.

Bəs Məsumlara (ə) təvəssül etmək nə deməkdir?

Təvəssül – lüğətdə bir şeyə əməli bir şey vasitəsilə yaxınlaşmaq deməkdir. Bu, elə vasitədir ki, insan onun vasitəsilə özünü meyl etdiyi şeyə yaxınlaşdırar.

Qurani-Kərim bizlərə Məsumlara (ə) təvəssül etməyi tövsiyə edir və buyurur: “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın”. (“Maidə” 35).

Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq ki, onlar – insanı Allaha yaxınlaşdıran vasitələrdir. Ona görə də dünyada təvəssül etməyin rolu – Qiyamət günü şəfaət etmək qədər inkaredilməz məsələdir. İnsan bu cür təvəssül vasitəsilə Allaha yaxınlaşar və öz maddi və mənəvi hacətlərini istəyər.

Ona görə də demək olar ki, insan istədiyi zaman Allahla vasitəsiz rabitə qura bilər. Ancaq əgər Əhli-beyti (ə) vasitə qərar verərsə və bunu ixlas və səmimi qəlbdən edərsə, həmin ibadət və duası qəbul olunar və o, İlahi qürbə yaxınlaşar.

Məsumlara (ə) təvəssül etmək o demək deyildir ki, insan Allahla heç bir zaman söhbət etməsin. Xeyr, insan istədiyi zaman və məkanda Allahla birbaşa vasitəsiz rabitə qura bilər.

Sadəcə Məsumlar (ə) bizi, gedəcəyimiz məqsədə tez çatdırır və işimizi asanlaşdırırlar. O bəndə ki, əməllərinə görə həya edir və Allaha olan hacətini Ondan birbaşa istəməkdə xəcalət çəkir, Allah yanında daha çox dəyərə və məqama malik olan insanlara üz tutur və onları vasitə qərar verir ki, həmin hacətini Allahdan onlar istəsinlər. Çünki onlar Allahdan necə istəniləcəyini yaxşı bilirlər və bu yola yaxşı bələddirlər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930