Əziz İmam Rzamıza (ə) niyə “Ceyran zəmanətçisi” də deyirlər?
Mьəllif: admin1
Tarix: 22-06-2021, 23:52
Əziz İmam Rzamıza (ə) niyə “Ceyran zəmanətçisi” də deyirlər?

"Ceyran zəmanətçisi” - İmam Rzanın (ə) ləqəblərindəndir ki, insanlar ona vermişdir. Bu ləqəb bu əhvalata görə verilmişdir.

Bir gün bir ovçu Tus çölündə ceyran ovuna çıxmışdı. İmam Rza (ə) da təsadüfən həmin yerdə olur.

Ceyran İmama (ə) pənah aparır. İmam (ə) ovçuya istədiyi məbləği vermək istəyir ki, onu azad etsin.

Ancaq ovçu qəbul etmir və ceyran dilə gəlib deyir: "Mənim iki süd əmən uşaqlarım vardır ki, acdırlar. Gözləri yoldadır və siz bu zalımın yanında mənim zaminim olun ki, gedim və uşaqlarıma süd verim və sonra da qayıdıb gəlim. Özümü ovçuya təslim edim”.

İmam (ə) ceyrana görə zamin olur və o, gedir və tez də qayıdır. Ovçu ceyranın əhdinə bu qədər vəfalı olduğunu görən zaman başa düşür ki, ceyranın zəmanətçisi İmamdır (ə). İşindən əl çəkir və ceyranı azad edir.

Şeyx Səduq isə bu əhvalatı başqa cür nəql etmişdir ki, onun düzgünlüyündə şübhə yoxdur.

Tusun valisi olan Əbu Mənsur Muhəmməd ibni Əbdurrəzzaq nəql edir: "Cavan olan zaman Məşhədin tərəfdarlarına xoş nəzərim yox idi. Yolda zəvvarlara mane olurdum.

Paltarlarını, pullarını, məktublarını zorla alırdım. Bir gün ova çıxdım və ov itini ceyranın ardınca göndərdim. İt ceyranı o qədər qovdu ki, axır bir küncə sıxışdırdı.

Ceyran dayanmış və it də qarşısında dayanmışdı. Ancaq ona yaxınlaşmırdı.

Hər nə qədər istədim ki, it ona yaxınlaşsın, ancaq bacarmadım. Yerindən tərpənmirdi və nə zaman ceyran tərpənsə, o zaman it də tərpənirdi.

Bir divara çatan zaman it geri qayıtdı və ceyran da məzar kimi bir yerin içinə daxil oldu. Mən də həmin məzara daxil oldum.

Bura İmam Rzanın (ə) məzarı idi və məzar xidmətçisindən soruşdum ki, bura daxil olan ceyran hara getdi? O, dedi: "Mən görmədim”.

Mən ceyranın daxil olduğu hissəyə gəldim və onun ayaq izlərini gördüm, ancaq ceyranın özünü görmədim.

Ondan sonra Allah Təala ilə bir əhd bağladım ki, bir daha zəvvarlara əziyyət verməyəcəyəm. Nə zaman çətinliyim olsa, bu Məşhədə üz çevirəcəyəm.

Orada Allah Təaladan başqa hacət istəmədim. Allah mənim bu hacətimi yerinə yetirdi”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031