İnsana xoş ətir verən, üzünü nurani, əxalqını gözəl edən, ruzisini artıran əməl
Mьəllif: admin1
Tarix: 29-05-2022, 21:27
İnsana xoş ətir verən, üzünü nurani, əxalqını gözəl edən, ruzisini artıran əməl
Gecə - çox mübarək bir vaxtdır, Allaha ibadət vaxtıdır.

Həqiqi Munislə ünsiyyət vaxtıdır. Məsum İmamlar (ə) müsəlmanları daima gecə ibadətinə təşviq etmişdilər. Bu, elə bir vaxtdır ki, böyük alimlər və salehlər o zaman yuxudan qalxmış və namaz qılıb, Quran tilavət etmişdilər.

Çətinliklərinin həll olmasını və hacətlərinin yerinə yetməsini bu zaman Allahdan istəmişdilər. Allah Təala Quranın iki yerində gecə vaxtı ayağa qalxıb, Allahdan bağışlanma istəyən kəsləri çox həmd etmişdir.

Gecə namazını gecə yarısından başlayaraq qılmaq olar, ancaq hər nə qədər səhərə yaxın olarsa, fəziləti daha çox olar. Gecə namazının fəziləti haqqında Məsumlarımızdan (ə) çox sayda hədis daxil olmuşdur.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində üç dəfə buyurmuşdu: "Gecə namazını qılmağı özünə lazımlı bil”.

İmam Sadiq (ə) buyurur: "Möminin şərafəti - gecə namazı qılmağındadır”.

İmam başqa (ə) yerdə buyurur: "Dünya malı və övladları - dünyanın zinəti, gecə namazı isə axirətin zinətidir”.

İmam Sadiq (ə) buyurur: "Gecə namazı qılın ki, Peyğəmbərin (s) sünnəti və sizdən əvvəl yaşamış salehlərin adətidir. O, dərd və xəstəliyi bədəninizdən uzaq edər”.

Həmçinin Həzrət (ə) buyurur: "Gecə namazı qılmaq insanın üzünü ağ və nurani, əxlaqını gözəl və iyini pakizə edər. Ruzini artırar və səbəb olar ki, insan borcunu qaytarsın. Qəm və qüssəni aradan aparar, insanın gözünə aydınlıq bəxş edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "O evlərdə ki, gecə namazı qılınar və Quran oxunar, səma əhli üçün nur saçar. Necə ki, səma ulduzları yer əhlinə nur saçar”.

İmam Rza (ə) buyurur: "Gecə namazı qılmağı özünüzə lazımlı bilin. Çünki hər mömin bəndə ki, 8 rükət gecə, iki rükət şəff və bir rükət vitr namazı qılar, qunutunda 70 dəfə istiğfar edər, Allah ona qəbr əzabından və əzab atəşindən nicat verər. Dünyada olan zaman ömrünü uzun edər, Allah iqtisadi həyatına genişlik bəxş edər. O evdə ki, gecə namazı qılınar, o ev səma əhli üçün nur saçar. Necə ki, səma ulduzları yer əhli üçün nur saçar”.

İmam Əli (ə) buyurur: "Üç şeydə üç şeyə tamah salma: 1. Gecə oyanmaq üçün çox yeməkdə. 2. Üzün nuru üçün gecənin hamısını yatmaqda. 3. Dünyada amanda qalmaq üçün fasiqlərlə oturub-durmaqda”.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930