İmam Rza (ə) insanlara kömək etməyin əhəmiyyəti barədə nə buyurmuşdur?
İmam Rza (ə) buyurur: "Bilin ki, Allaha iman, Ali-Muhəmməddən (ə) olan Övliyaların haqqını qəbul etdikdən sonra Allah yanında şükür etmək, mömin qardaşına yardım etməkdən daha sevimli deyildir.
Onların həyatına yardım etmək – onların behiştə çatması üçün olan yoldur. O kəslər ki, belə yardım edərlər, İlahi dərgahın xüsusi (bəndə)lərindəndir. Həzrət Peyğəmbər (s) bu haqda bir söz demişdir ki, əgər ona yaxşı diqqət edilərsə və əməl olunarsa, layiq olmaz ki, kimsə özünü İlahi feyzdən məhrum etsin. Həzrət Peyğəmbərə (s) deyirlər: "Filankəs həlak olmuşdur, çünki belə bir günahlar etmişdir”. Həzrət (s) buyurur: "Bəlkə o, nicat tapdı. Allah əməllərini yaxşılıqla sona çatdırdı. Allah günahlarını pakladı və həsənələrə çevirdi. Çünki o, bəzən elə yoldan keçir və möminləri görür ki, bədəninin bəzi hissəsi (ki, örtülməlidir) aşkar olmuşdur və özü bilmir ki, örtsün, və ona bir şey demir ki, o, məbada xəcalət çəkməsin”. Bu hədisdən də göründüyü kimi, din qardaşlarına yardım etməyin əhəmiyyəti o qədər böyükdür ki, Allaha iman gətirməkdən və Məsum İmamların (ə) vilayətini qəbul etdikdən sonra ən mühüm əməl kimi zikr edilmişdir. Hətta Allaha şükür etmək kimi fəzilətli bir əməl, ondan sonra gəlir. Yəni, mömin, möminin aynasıdır və daima ona yardım etməli və həyat çətinliklərini aradan qaldırmaqda ona kömək etməlidir. Hər kim möminin qəmini aradan aparar, İlahi dərgaha bir addım daha çox yaxınlaşar və Allahın məhbubu olar. Çünki biz insanlar – Allahın ailəsiyik və hər kim Allahın ailəsinə yardım edər, Allaha yardım etmiş olar. /Deyerler.org/ Oxşar xəbərlər
|