İmam Rzanın (ə) təvazökarlığı
Mьəllif: admin1
Tarix: 22-06-2021, 10:50
İmam Rzanın (ə) təvazökarlığı
Bir nəfər İmam Rzanı (ə) görmək üçün uzun bir yolu gəlməli olur. Səhər tezdən şəhərə gəlib çatır. Öz-özünə deyir: "Hamama gedim və yolun tozunu bədənimdən yuyum. İmamın xidmətinə pak və təharətli halda gedim”.

Hamama gedir və orada bir nəfəri görür, ondan xahiş edir ki, su tökməklə bağlı ona yardım etsin. Hamama daxil olan insanlar bu şəxsi görən zaman ona xüsusi ehtiram göstərirdilər. Həmin insana münasibətdə ədəb nümayiş etdirirdilər.

Yoldan gəlmiş bu kişi yavaş-yavaş başa düşür ki, bu, İmamın özüdür. Sürətlə kənara çəkilir və xəcalət çəkərək üzr istəyir. İmam (ə) ona ürək-dirək verir və kömək etməyə davam edir. İmam (ə) buyurur: "Sən bütün bu yolu yalın ayaqla bizi ziyarət etmək üçün gəlmisən, mən də burada səni gözləyirdim”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930