Ağıllı müsəlmanın göstəricisi olan 10 xislət
“Müsəlmanın ağlı (düzgün və sağlam düşüncə tərzi) bu 10 xislət olmayınca kamilləşməz.
1- İnsanlar bu müsəlmandan yaxşılığı görüb, gözləyərlər 2- İnsanlar möminin pisliklərindən amanda olarlar (Yəni müsəlmandan insanlara pislik dəyməz) 3- Bu müsəlman digərlərinin az olan yaxşılığını çox kimi görər 4- Özünün etdiyi yaxşılıqları az hesab edər. 5- Digərləeinin çoxsaylı istək və tələblərindən yorulmaz 6- Elm ardınca gedəndə yorulmaq nədir bilməz 7- Allah yolunda kasıbçılıq çəkmək onun üçün, itaətsizlik yolunda varlılıqdan üstündür 8- Pərvərdigar qarşısında alçalmaq onun üçün Allah düşməni qarşısındakı hörmət və izzətdən üstündür. 9- Onun üçün tanınmaz qalmaq, şöhrət və ad-sandan daha üstündür Bu zaman imam biraz susdu. Yerdən biriləri o həzrət soruşdu: Bəs onuncu nədir? İmam buyurdu: 10- cu odur ki, müsəlman, birini gördüyü zaman fikirləşər ki bu adam məndən yaxşı və daha imanlıdır.islaminsesi\ Oxşar xəbərlər
|