İmamların vaqifiyyə məzhəbinə münasibəti
Terminoloji olaraq Vaqifiyyə İmam Musa və İmam Kazimin zamanına aiddir. Amma digər imamların dövründə də şiədən ayrılan və bir imamda vəqf edən (duran) firqələrə rast gəlmək olar. Məsələn İmam Əli, İmam Sadiq və İmam Hüseyndən sonra da hansısa bir şiə qolunun vəqf etdiyinin şahidi oluruq. Amma terminoloji olaraq bu kəlmə İmam Musa Kazim və İmam Rzanın zamanına aid edilir.
Növbəxti «Firəquş-şiə» kitabında deyir: Yeddinci imam Musa ibni Cəfər vəfat etdikdən sonra şiələr həbs olunaraq bir daha Harun Ər-rəşidin zindanına atıldı və tərəfdarları arasında ixtilaf yarandığı üçün onlar beş dəstəyə bölündülər. Birinci dəstə imam Kazimin (ə) «Sindi be-şahək» zindanında vəfat etdiyini və ondan sonra oğlu imam Əli ibni Musa Rizanın (ə) imamətini qəbul etdi. İkinci dəstə imam Musa ibni Cəfərin ölmədiyini və heç vaxt ölməyəcəyini, yer üzü zülm və ədalətsizliklə dolduqdan sonra zühur edərək haqq-ədaləti bərqərar edəcəyini, üçüncü dəstə isə onun qaim olduğunu və vəfat etdiyini, lakin yenidən qayıdıb gizli olduğunu hesab edirlər. Tərəfdarları məxfi şəkildə onunla görüşür, onlara haram və halala dair hökmlər verir. Dördüncü dəstə imamın vəfat etdiyini qəbul etmiş, lakin yenidən İsa ibni Məryəm kimi qayıdıb qiyam edərək yer üzündə haqq-ədaləti bərqərar edəcəyini bildirmişlər. Beşinci dəstə belə bir əqidədə olmuşdur ki, imam Kazim (ə) vəfat etmişdir, lakin Allah-Təala onu göylərə qaldırmış və qiyamət günü yenidən dünyaya qaytaracaqdır. Birinci dəstədən başqa qalan dörd dəstə imam Musa ibni Cə᾿fərin imaməti üzərində dayandıqları və onun qeybə çəkildiyini güman etdikləri üçün «Vaqifiyyə» (dayananlar) və ya«Vaqifə» adlandırılmışlar. Əbül Həsən Əş᾿əri özünün «Məqalatul-islamiyyin», «Əbdül Qahir Bağdadi» «Əl-fərqu beynəl-firəq» və Şəhristani «Əl-miləl vən-nihəl» adlı kitablarında bu nəzəriyyəni irəli sürmüşlər. Vaqifiyyənin baniləri bu 3 şəxsdir: Əli ibni Əbi-Həmza Bətaini, Ziyad ibni Mərvan Qəndi, Osman ibni İsa Rəvasi. Onlar İmam Kazimin maliyyat məsələlərində nümayəndələri idilər. Bəzi faktlara görə İmam Kazım şəhid olan zaman onların ixtiyarında çoxlu miqdarda maliyyə vəsaitləri var idi. Onlar İmam Kazimdən sonra imamın olmaması iddiası ilə həmin əmlaka sahib çıxmaq niyyətində idilər. İmam Musa Kazimin 247 tərəfdaşından 64-ü vaqifiyyə yolunu seçmişdilər və o həzrətdən sonra bir imamın olmayacağını iddia edirdilər. Bu rəqəm az bir rəqəm olmadığından şiə tarixində də ona ciddi şəkildə yanaşılıb və Vaqifiyyə fikrinə qarşı mübarizə aparılıb. Ona görə də İmam Kazim, İmam Rza, İmam Həsən Əsgəri və sair imamlar Vaqifiyyə liderlərinə qarşı bəyanatlar verərdilər. Vaqifiyyə lideri Əli ibni Əbi-Həmzə əl-Bətaini deyir ki Əbu-İbrahim (yeddinci imam) mənə dedi: “Sən və sənin tərəfdarların ulağa bənzəyirsiniz” Vaqifiyyənin digər liderləri Rəvasi və Qəndi deyirlər ki bir gün İmam Musa Kazimin yanında idik. O həzrət bizə dedi: “Əgər siz onu (İmam Rzanı) inkar etsəniz ya ona xəyanət etsəniz, Allahın mələklərin və camaatın lənəti olsun sizə” İmam Rza da hədislərinin birində vaqifiləri kafir, nasibiləri isə müşrik adlandırıb və imamı olmayan şəxsi cahil ölmüş şəxs kimi hesab edib. Şexy Səduq və Şeyx Tusi öz əsərlərində İmam Rza və İmam Həsən Əsgərinin vaqifiyyə liderləri ilə mühazirələrinin bəzi hissələrini gətirmişdir.islaminsesi\ Oxşar xəbərlər
|