Peyğəmbər və İmamların belə amanda qalmadığı düşmən təbliğatı
Mьəllif: admin1
Tarix: 17-08-2016, 21:54
Peyğəmbər və İmamların belə amanda qalmadığı düşmən təbliğatı
Ayətullah Misbah Yəzdinin düşmən təbliğatı, onun fəsadları və müsəlmanların təbliğat resurslarına yiyələnməsinin vacibliyi haqda çıxşı
İslaminSesi – Müaviyə ibni Əbu-Sufyan ikinci xəlifə Ömər bin Xəttab tərəfindən İordaniyaya, daha sonra üçüncü xəlifə Osman ibni Əfvan tərəfindən bütün Şama vali seçildi. Lakin İmam Əli ibni Əbu-Talib xəlifə olduqdan sonra Müaviyə tabe olmaqdan boyun qaçırdı və İmam Əliyə qarşı müharibə elan etdi.

Bəni-Üməyyənin peyğəmbərə və Əhli-Beytə olan kin kudürəti və nifrətini Muaviyə də davam etdirirdi.

O islam mərkəzindən uzaqda qalan Şamda yerli camaatın məlumatsızlığından istifadə edərək, imamlar və Əhlideytə qarşı mənfi təbliğatını günbəgün inkişaf etdirirdi.

Müaviyə ibni Əbu-Sufyan məktubların birində İmam Əliyə yazır ki mən sənin üzərinə dəvənin erkək və dişisini bir-birindən ayıra bilməyən ordu ilə gəlirəm.

40 il hökmranlıq etmiş Muaviyə ibni Əbu-Sufyan Şamda və daha sonra bütün islam məmləkətlərində xətibləri maddi vəsait baxımdan dəstəkləyərək, onlara cümə xütbələrində İmam Əlini pisləməyi əmr edirdi. Bu təxribat xarakterli təbliğat hicri ilinin 99-cu ilinə qədər davam etsə də daha sonra yenə də müxtəlif vasitələrlə davam etdirildi.

Hətta imamlar belə təbliğatların şərrindən amanda qala bilmədi. İş o yerə çatdı ki hz Əli məsciddə şəhid ediləndə şamlılar "Əli namaz qılırdımı?" deyə bunu inkar edirdilər.

Zaman keçdikcə təbliğat vasitələri dəyişmiş yerini hazırda Kütləvi İnformasiya Vasitələrinə vermişdir.Bu gün Qərbin malik olduğu nəhəng mediya qurumları onların həyata keçirdiyi siyasətin təminatçısı sayılır. Peşəkar mütəxəssislərlə və texniki avandanlıqlarla təchizatlanmış bu mediya qurumları və KİV-ləri asanlıqla istədiyi cəmiyyətlərdə istədiyi fikri formalaşdıra bilir.

Gec də olsa İslam dünyası təbliğat resursları və vasitələrinə tədricən yiyələnməyə başlayıblar. Amma sabiq ki kimi təbliğat vasitələrinin açarları hegomon ölkələrin nəzarətində qalmaqdadır.

Oxşar xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31