İslamın nəzərində yaxşı kişinin 3 xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 24-01-2022, 10:32
İslamın nəzərində yaxşı kişinin 3 xüsusiyyəti
Uşaq böyüyən zaman bir çox insanların təsiri altına düşür və ətrafında qərar tutan hər bir insanın rəftar və danışığı ona öz təsirini qoyur.

Bu baxımdan, ailədə atanın rolu başqa ailə üzvlərindən daha çoxdur. Xüsusilə də uşaq yeniyetmə yaşına çatan zaman atanın hər bir rəftar və danışığı ona təsir qoyar. Böyüyən zaman bu uşaq özü də gələcək ailəsi ilə eyni o cür rəftar edəcəkdir.

O kişi ki, evdə xanımını təhqir edir və özünü rəis kimi aparır, ailə üzvləri ilə kobud rəftar edir – şübhəsiz ki, övladlarına silinməz mənfi təsirlər qoyar.

Bu cür atalar nəinki örnək deyildir, əslində övladlarının bədbəxtlik amilidirlər. Həm özləri xoşbəxt həyatdan məhrum olurlar və həm də övladlarının gələcək həyatını bərbad edirlər.

Ancaq əgər ata ailə üzvlərinə qarşı mehriban və diqqətcil olarsa və onların hər birinə qarşı öz tutumlarına uyğun rəftar edərsə, xanımı ilə mülayim və xoş dillə olarsa – o zaman məsələ başqa cür olur. Bu cür ailədə böyüyən uşaqlar həm psixoloji təzyiqlərdən xilas olurlar, həm də gələcəkdə xoşbəxt ailəyə sahib olmaq üçün yaxşı şans əldə edirlər.

İmam Sadiq (ə) də başqa Məsumlar (ə) kimi kişiləri ailədə mülayim və mehriban olmağa dəvət edir və onlara ailələrinə qarşı məsuliyyətli olmağı tösiyə edir.

İmam Sadiq (ə) buyurur ki, kişilərdə bu üç sifət mütləq olmalıdır. Əgər yoxdursa, gərək özlərini məcbur etsinlər və həmin sifətlərə yiyənsinlər.

İmam Sadiq (ə) buyurur: “Kişi ailədə üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə: xoşrəftar olmaq, ölçüsündə əliaçıq olmaq, özünə hakim olmaqla bərabər olan qeyrətə malik olmaq”.

Yəni, bir ailənin xoşbəxt olması üçün həmin ailənin başçısının gərək üç mühüm xüsusiyyəti olsun. İlk olaraq xoşrəftar və xoşəxlaq olmalıdır. Xoş əxlaq, bir çox çətinliklərin açarı olduğu kimi, ailə səadətinin də açarıdır.

İkincisi kişi gərək simic olmasın və eyni zamanda israf da etməsin. Ölçüsündə səxavətli olsun. Nə ailənin çətinlik çəkməsinə razı olsun, nə də israf etməsinə. Mötədil həyata malik olsun.

Üçüncüsü isə kişi mütləq qeyrətli olmalıdır. Qeyrət elə bir sifətdir ki, bütün kişilərin fitrətinə qoyulmuşdur. Lakin ölçüsündə - ifrat və təfrit etməməlidir.

Həm ifrat və həm də təfrit zamanı ailədə böyük bədbəxtliklərə səbəb olar. Ona görə də kişi etidal halda özünə hakim olaraq, ailəsinin qeyrətini çəkməlidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930