Bəhlul hansı 3 eybi göstərərək, Harunun təklifini rədd etdi?
Mьəllif: admin1
Tarix: 24-11-2021, 11:32
Bəhlul hansı 3 eybi göstərərək, Harunun təklifini rədd etdi?
Bəhlul aqil bir insan olmuşdur, ancaq zamanına görə təqiyyə etmişdir.

Bəzən elə sözlər deyirdi ki, başqaları onu dəli hesab edirdi. Ancaq bu sözlərində təsirli öyüdlər gizlənirdi.

Bir gün Harun ər-Rəşid Abbasi (lən) ona deyir: “Biz qərara almışıq ki, sənin maaşını boynumuza götürək ki, rahat halda bizim yanımıza gələ biləsən.

Bəhlul deyir: “Əgər bu işin üç eybi olmasaydı, mən qəbul edərdim.

Birincisi budur ki, sən bilmirsən ki, mənim nəyə ehtiyacım vardır ki, onu ödəyəsən.

İkincisi bilmirsən ki, nə qədərinə ehtiyacım vardır ki, az və ya çoxu məni giriftar etməsin.

Üçüncüsü bilmirsən ki, nə zaman ehtiyacım vardır ki, onu tez və ya gec verməyinə görə məni narahat etməyəsən.

Məni yaradan Allah ancaq bilir ki, mən nə istəyirəm, nə qədər istəyirəm və nə zaman istəyirəm.

Bundan başqa, mən pis iş görən zaman sən ehsanını kəsirsən.

Ancaq mənim Xaliqim o qədər ağadır ki, məndən nə qədər üsyan görsə də, ehsan əlini götürmür.

Məgər bu halda layiqlidirmi ki, Onu buraxıb sənin evinin qapısına gəlim?”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031