Behiştin dərəcələri Quran ayələrinin sayına görədir – bu gözəl əməldən qafil olmayaq
Mьəllif: admin1
Tarix: 1-09-2018, 21:08
Behiştin dərəcələri Quran ayələrinin sayına görədir – bu gözəl əməldən qafil olmayaq
Böyük İslam Peyğəmbəri (s) ümməti üçün behişt əhli olmağı arzu edər və behişti əldə etməyi yollarını onlara tanıdardı.

Hazırda sözü gedən əməl, o əməldir ki, imanı gücləndirər, günahları yüngülləşdirər, ruhi və psixoloji xəstəlikləri müalicə edər, ömrü bərəkətli edər, duaların qəbul olmasına yardım edər, evi səfalı edər, qəm və qüssəni aradan aparar və kamal dərəcələrini keçməyə kömək edər. Bu, Quranı oxumaqdır.

Hər kim Quranı Məsumlarımızın (ə) tövsiyə etdiyi kimi oxuyarsa, Qiyamət günü mühasibə dərəcəsi Quran olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Quranı tilavət edin. Həqiqətən behiştin dərəcələri Quran ayələrinin sayına görədir. O zaman ki, Qiyamət bərpa olar, Quranın qarisinə deyilər: “Oxu və yuxarı qalx”. O oxuduğu hər ayə ilə bir dərəcə yuxarı qalxar”.

Əlbəttə, böyük Peyğəmbərin (s) buyurduğu bu meyarlar o kəsə şamil edilir ki, Qurana həm də əməl edər. Yəni, bu insan İlahi rəngə boyanar və ən şərəfli insanlardan olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin ən şərəfli insanları – Quranı həml edənlərdirlər”.

“Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 57-58).

Quran oxumağın insan həyatına verdiyi bərəkətlər.

1. Günahlarının kəffarəsi olar. Quran oxumaq insan həyatındakı bəzi büdrəmələrin kəffarəsi olar. Məsumlardan (ə) nəql edilir: “Quran oxu ki, Quran oxumaq günahların kəffarəsi, atəşdən qalxan, İlahi əzabdan amandır”.

2. İmanın artmasına səbəb olar.

3. Allahla söhbət etməyə səbəb olar. Mömin insan üçün Allahla söhbət etməkdən gözəl nə ola bilər ki? Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allahla söhbət etmək istəyirsə Quran oxusun”.

4. Evlərin nurlu olmasına səbəb olar. “Evlərinizi Quran tilavəti ilə nurani edin. O evdə ki, çoxlu Quran oxunar – xeyir və bərəkəti artar, əhlinə rahatlıq çatar, nuru səma əhlinə aydınlıq verər. Necə ki, səma ulduzları yer əhlinə aydınlıq verər”.

5. Qəlbdəki qabarları aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin qəlbləriniz dəmir kimi paslanar”.

Soruşurlar ki, bəs cilası nədir?

Buyurur: “Quran tilavəti”.

6. Nübuvvət nurunun şüasında qərar tutmaq. “Hər kim Quran oxuyar, nübuvvət nurunun şüası onu əhatə edər. Bu fərqlə ki, ona vəhy olunmaz”.

7. Quran səngərdir. Həzərt Peyğəmbər (s) buyurur: “O zaman ki, fitnələr ayağa qalxar və xalis İslamı ayırd edə bilməzsiniz – sizə lazımdır ki, Qurana müraciət edəsiniz”.

8. Quran oxuyan mükafat alar. “O kəs ki, ancaq Qurana nəzər salaraq və səssiz şəkildə onu oxuyar – Allah hər hərfə görə ona bir həsənə verər. Ondan bir pisliyi məhv edər və bir dərəcə məqamını qaldırar. Hər kim ondan bir hərf öyrənər – onun üçün 10 həsənə yazılar və 10 pis işi məhv olar, onu 10 dərəcə yuxarı qaldırar.

Hər kim namazda və əyləşən halda Qurandan hərf oxuyarsa (İmam buyurur ki, demirəm söz, deyirəm hərf) Allah onun üçün 50 həsənə yazar və əməl dəftərində olan 50 pis işi məhv edər və onu 50 dərəcə yuxarı qaldırar. O kəs ki, namazda və ayaq üstə Qurandan hərfi oxuyarsa, Allah ona 100 həsənə verər, 100 pisliyini pak edər və onu 100 dərəcə yuxarı qaldırar”.


Allah Təala bizləri Quran əhlindən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930