Salavatın fəziləti
Mьəllif: admin1
Tarix: 19-08-2016, 10:56
Salavatın fəziləti
İlahi kəlamda Salavat

“İnnəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu əleyhi və səllimu təslimən.”
“Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun”

İmam Kazim əleyhissəlamdan: “Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun” ayəsində Allahın, mələklərin və möminlərin salavatının mənası barədə sual oldu. İmam buyurdu: “Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və möminlərin Peyğəmbər üçün onlardan bir duadır.”
İmam Sadiq əleyhissəlam da bu ayə barədə buyurur: “Peyğəmbərə (səlləllahu əleyhi və alihi) səna (tərif) deyin və ona salam göndərin (ya fərmanına boyun qoyun).
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930