İmam Zaman (ə.f) nə vaxt zühur edəcəkdir?
Məhdəviyyət mövzusunda ən mühüm məsələ - zühurun vaxtıdır. Məsumlar (ə) zühurun zamanını İlahi sirr adlandırmış və vaxt təyin etməyi inkar etmişdilər.
Quran ayələrindən və hədislərdən belə nəticə çıxartmaq olur ki: - Zühurun dəqiq zamanı haqqında elm ancaq Allaha məxsusdur. - Məsumlar (ə) daima insanları vaxt təyin etməkdən çəkindirmişdilər. - Hədislərin əksər hissəsi buyurur ki, zühur anidən olacaqdır. - Bir neçə hədislər bu zamanın bəzi hikmətlərinə işarə etmişdilər. Məşhur bir hədisdə oxuyuruq ki, tanınmış şair olan Dəbəl İmam Rzanın (ə) xidmətində qəsidə oxuyur və İmam Zaman ağanın (ə.f) zühuru haqqında danışır. Həzrət (ə) gözlərindən yaş axan halda üzünü Dəbələ çevirib, buyurur: “Ey Xəzayi! Həqiqətən Ruhul-Qüds bu iki misranı dilində səsləndirdi. Bilirsənmi ki, bu İmam kimdir? Nə zaman qiyam edəcəkdir?”. Sonra İmam Rza (ə), Həzrət Qaimi (ə.f) tanıtmağa başladı. Sonra zühur zamanı haqqında belə buyurdu: “Atam atasından və o da öz atasından və Peyğəmbərdən (s) nəql edir ki, Həzrətə sual verilir ki: “Ey Rəsulallah! Qaim nə zaman sizin nəslinizdən zühur edəcəkdir?”. Həzrət (s) buyurur: “Onun məsəli – Qiyamət günü kimidir. Allahdan başqa heç kəs vaxtını aşkar etməz. Bu məsələ səma və yer (əhli) üçün çətindir. Anidən sorağınıza gələcəkdir””. Bəli, bu hədisdən göründüyü kimi, əziz Peyğəmbərimiz (s) zühur zamanını Qiyamətə bənzədir. Necə ki, Qiyamət gününün vaxtı məchuldur və Allahın ixtiyarındadır, Həzrət Qaimin (ə.f) də zühuru Allahın ixtiyarındadır. Bu sualı İmam Zaman ağaya (ə.f) da vermişdilər və Həzrət (ə.f) cavabında buyurmuşdu: “Ancaq fərəcin zühuru Allah Təalanın ixtiyarındadır. Vaxt qoyanlar yalan deyirlər”. Aydın olur ki, zühur üçün vaxt təyin etmək heç də bəşərin bacardığı bir iş deyildir. Çünki Allahdan qeyrisi onun nə zaman olacağını bilmir. Lakin bəzi hədislər vardır ki, üstüörtülü də olsa, zühun zamanına işarə etmişdir. Belə ki, onların bəzisi zühurun Növruz bayramında olacağını, bəzisi Aşura günündə olacağını zikr edir. Bəzi hədislər şənbə günü və bəzi hədislər isə cümə günü olacağını bildirir. İmam Baqir (ə) buyurur: “Sanki Həzrət Qaimi (ə.f) görürəm ki, Aşura günü, həftənin şənbə günü rüknlə məqamın arasında dayanmışdır. Cəbrayil (ə) də qarşısında nida verir: “Beyət Allah üçündür. Yer kürəsini ədalətə bürüyəcəkdir, necə ki, indi zülmə bürünmüşdür””. İmam Sadiq (ə) buyurur: “Qaim (ə.f) Ramazan ayının 23-də (şərəfli) adı ilə nida olunacaq və Hüseyn ibni Əlinin (ə) öldürüldüyü Aşura günündə qiyam edəcəkdir”. Başqa bir hədisdə isə oxuyuruq ki, Həzrət Qaim (ə.f) Aşura günü şənbə gününün səhəri zühur edəcək, günəş çıxandan sonra İbrahim (ə) məqamının arxasında iki rükət namaz qılacaq, rüknlə məqamın arasında dayanıb ilk xütbəsini dünya insanlarına çatdıracaqdır. Özünü tanıdandan sonra insanları beyət etməyə dəvət edəcəkdir. Oxşar xəbərlər
|