İmam Əli (ə): “...Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz”
İmam Əli (ə) buyurur: “Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm. Hər kim aydınlığından bəhrələnmək istəyər – eşidin və sözlərimi qəbul edin. Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz”.
Hədisin şərhi. İmam Əli (ə) səadət yolunun aydınlanması üçün özünü qaranlıqda olan çırağa bənzətmişdir. O kəslər ki, hidayət axtarışındadırlar, Həzrətin (ə) elmindən və nurundan bəhrələnə bilərlər. Bu yolla inkişaf edər və həqiqət yoluna qoşula bilərlər. Necə ki, qaranlıqda yol gedən çıraq vasitəsilə yolunu aydınladar, İmamın (ə) kəlamları da hər kəsi cahillik zülmətindən çıxardıb hidayət nuruna tərəf aparar. İmam (ə) buyurur ki, əgər mən olmasam, siz qaranlıq və zülmətdə məğlub olarsınız. Həzrət (ə) buyurur ki, hər kim mənim aydınlığımdan bəhrələnmək istəyirsə, gərək sözlərimə qulaq versin. Ürəyi moizə və nəsihət eşitmək üçün hazır olsun. Əvvəl buyurur ki, zahiri qulaqlarınızı açın və mənə yaxşı qulaq asın. Sonra buyurur ki, qəlb qulaqlarınızı sözlərimi eşitmək üçün hazır edin. Çünki zahiri qulaqların eşitdiyi hər bir söz, qəlb qulağında yer alar və insan əgər bu sözləri qəlb qulağına daxil edə bilərsə, o zaman təfəkkür edər. Hər kim təfəkkür edərsə, İmamın (ə) nə demək istədiyini dərk edə bilər. İmamın (ə) da istədiyi şey elə budur. /Deyerler.org/ Oxşar xəbərlər
|